Əsas Səhifə > Hadisə > "SƏDƏRƏK BAZARI"NDA ÜSYAN BAŞLADI

"SƏDƏRƏK BAZARI"NDA ÜSYAN BAŞLADI


17-01-2013, 10:13
"SƏDƏRƏK BAZARI"NDA ÜSYAN BAŞLADI
SAHİBKARLAR YOLU BAĞLAYIR

Bu gün səhər saatlarında "Sədərək bazarı"nda sahibkarların etiraz aksiyası başlayıb. Bu barədə Musavat.com-a sahibkarlar məlumat veriblər. Onların sözlərinə görə, mağaza sahiblərinin kassa aparatlarından istifadəyə məcbur edilməsi etirazlara səbəb olub. Bu gün bazardakı mağazalardan heç biri açılmayıb, sahibkarların hamısı bazarın qarşısına toplaşıblar. Sahibkarlar magistral yolu bağlamağa cəhd edirlər. Hələlik bazarın mühafizə xidməti buna mane olur.

Qeyd edək ki, "Sədərək bazarı"nda kassa aparatları ilə bağlı mübahisələr bir neçə aydır davam edir. Bazar rəhbərliyi kassa aparatlarından istifadə etməyə mağaza sahiblərini 400 manat cərimə edir. Sahibkarlar iddia edirlər ki, topdansatış məntəqələrində kassa aparatlarından istifadə olunmur və belə qaydanı yalnız "Sədərək bazarı"nın rəhbərliyi tətbiq edir. Onların sözlərinə görə, bazar rəhbərliyi sahibkarlardan müxtəlif adlarla pul yığır.

Geri qayıt