Əsas Səhifə > Sosial, Manşet > YENİ ANTİKORRUPSİYA DALĞASI

YENİ ANTİKORRUPSİYA DALĞASI


18-11-2011, 13:14
YENİ ANTİKORRUPSİYA DALĞASI

HANSI NAZİR ƏLİ İNSANOVUN AQİBƏTİNİ YAŞAYACAQ?

DİA.AZ: - 2005-ci ilin məlum 17 Oktyabr hadisələrində qolları qandallanan keçmiş səhiyyə naziri Əli İnsanov və keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev deyəsən, vəzifə başında həbsə atılan sonuncu nazirlər olmayacaqlar. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) daxil olan məlumatlardan aydın olur ki, daha bir nüfuzlu məmuru eyni aqibət gözləyir.

Nazirlər Kabinetindəki məlumatlı mənbənin redaksiyamıza çatdırdığı xəbərə görə, artıq həmin nazirə qarşı bütün müvafiq tədbirlər həyata keçirilib: «Söhbət külli miqdarda yeyintidən və eləcə də ümumiqtidar maraqlarından ənar tutulan, yəni «obşıy katyol»dan gizlədilən böyük pullardan gedir. Təxminən 20 milyon manat nazirlərimizdən biri tərəfindən təkbaşına mənimsənilib».

Mənbəmiz bildirir ki, bu korrupsiya faktı sırf təsdüflər nəticəsində müəyyən edildiyindən bütün məlumatlar məxfi saxlanılır: «Hətta hədəfdə olan məmurumuzun kimliyini bu gün öyrənmək çox çətindir. Amma müvafiq dövlət qurumlarının əməliyyat üçün səfərbər olmaları, təlimatlandırıldıqları faktdır».

Xatırladaq ki, bu ilin əvvəlindən start düyməsi basılan antikorrupsiya tədbirlərinin ikinci böyük dalğasının olacağı haqda məlumatlar hələ öncədən yayılıb. Artıq həmin vaxtın yetişdiyini bildirən mənbəmiz vurğuladı ki, nazirə qarşı əməliyyatı milli təhlükəsizlik nairliyinin əməkdaşları ilə Baş prokurorluq yanında korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları həyata keçirəcəklər:

«Bu əbs ölkənin ictimai-siyasi ab-havasını da kökündən dəyişəcək. Bununla cəmiyyətə hakimiyyət tərəfindən «tədbir görürük» ismarıcının ötürülməsi də düşünülür. Amma əsas olayla hakimiyyət içində yaşanılacaq. Çünki sözügedən nazirin daxil olduğu qruplaşmanın reaksiya verməsi qaçılmazdır. Bu isə iqtidar düşərgəsindən disbalansa da nədən ola bilər».

Hələlik əməliyyat günü ilə bağlı konkret bilgilər olmasa da, nazirlərdən birinin artıq hədəfdə olduğu bir faktdır. Bizi izləyin, yeni məlumatlarımız olacaq…


Geri qayıt