Əsas Səhifə > Siyasət, Manşet > YENİ MÜAVİNLƏRİ PA ŞEFİ İLƏ YOLA GETMİRMİ?

YENİ MÜAVİNLƏRİ PA ŞEFİ İLƏ YOLA GETMİRMİ?


17-01-2013, 10:02
YENİ MÜAVİNLƏRİ PA ŞEFİ İLƏ YOLA GETMİRMİ?
İKİ AYA YAXIN VAXT KEÇSƏ DƏ, RAMİZ MEHDİYEV ONLARI BAŞINA YIĞMAYIB

DİA.AZ: - Keçən ilin noyabr ayının 30-da prezident İlham Əliyev Prezident Administrasiyası institutunda struktur islahatları həyata keçirərək administrasiya rəhbərinin müavini postlarını yaratdı və dörd yeni müavin postu təsis edildi. Həmin postlara isə əsasən dünənə qədər adı Ramiz Mehdiyevlə müxtəlif intriqalarda hallandırılan şəxslər təyin olundu ki, bu dəyişiklik də haqlı olaraq ekspertlər tərəfindən PA şefinin əhatə dairəsinin məhdudlaşdırılması kimi təqdim olundu.

DİA.AZ-a daxil olan informasiyalarda isə bildirilir ki, aradan iki aya yaxın müddətin keçməsinə baxmayaraq, hələ bu günə kimi Ramiz Mehdiyev özünün yeni müavinləri ilə bir araya gəlməyib. Daha doğrusu, onlarla hər hansı bir toplantı keçirməyib. Hətta ən kritik münasibətlərinin olduğu sölənilən Bakı baş polis idarəsinin sabiq rəisi Məhərrəm Əliyevlə Ramiz Mehdiyevin bu günə kimi üzləşmədiyi də gələn məlumatlar içindədir.

Hökumət içindəki qaynağın sözlərinə görə, belə bir halın yaranması yeni müavinləri ilə Ramiz Mehdiyevin bundan sonrakı fəaliyyətlərini də şübhə altına alır: «Təbii ki, belə bir vəziyyət uzun müddətə davam edə bilməz. Hətta Prezident Administrasiyasının yeni postlarla bağlı əsasnamələri də təsdiqlənməyib. Bu isə münasibətlərdəki ciddi böhrandan xəbər verməkdədir».

Geri qayıt