Əsas Səhifə > Şou-biznes > "ƏRİ ONU SEVSƏ, BELƏ"...

"ƏRİ ONU SEVSƏ, BELƏ"...


17-01-2013, 09:48
"ƏRİ ONU SEVSƏ, BELƏ"...
"O, NƏHAYƏT ƏSL SEVGİSİNİ TAPIR"

Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova “Ləkə” serialında çəkilir. Aktrisa bu haqda Milli.Az-a müsahibəsində danışıb:

““Ləkə” serialının rejissoru Kənan MM-dir. Ssenarisini isə türkiyəli ssenarist Battal Qazi Qarabulağ yazıb. Serial kriminal dram janrındadır. Serialdakı rolum Arzu adlı bir qadın obrazıdır. Mənfi, yaxud müsbət rol olduğunu demək mənə çətindir. Yəni bu obrazı iki xəttə ayırmaq istəməzdim. Arzu dostluqda sadiqdir, amma öz sevgisinə görə dostunu belə məhv etməyə hazırdır. Haradasa süni bir insandır, amma ürəyinin böyüklüyünü göstərən məqamlar da var. Oğlunu özündən çox istəyir, amma həyat yoldaşına qarşı çox diqqətsizdir. Mələk deyil, amma iblis də deyil (gülür). Çünki bu xüsusiyyətlərin hər ikisi Arzuda var.

Arzu çətin bir həyat sürən, hətta sevmədiyi, görmədiyi bir insana zorla ərə verilən qadındır. Əri onu sevsə belə, Arzu onu sevə bilməyib. O, nəhayət əsl sevgini tapır. Amma bu halda da həyat ona sürprizlər hazırlayır. Sözün düzü, mən bilmirəm bu obraz tamaşaçılar tərəfindən necə qarşılanacaq. Ola bilsin ki, hətta tənqidə belə uğrasın. Bircə onu deyə bilərəm ki, Arzu nə edibsə, yalnız xoşbəxtliyi üçün edib. Çünki ümumilikdə götürəndə o bədbəxt bir qadındır. Arzunun həyatını bir şeir parçası ilə bitirmək istərdim:

Könül, zəmanədən ehsan gözləmə.
Dövran gərdişindən səhman gözləmə.
Sən dərman axtarsan, artacaq dərdin.
Döz, acı dərdinə dərman gözləmə”.

Geri qayıt