Əsas Səhifə > Şou-biznes > TÜRKİYƏLİ MÜĞƏNNİ NOVRUZU BAKIDA QEYD EDƏCƏK

TÜRKİYƏLİ MÜĞƏNNİ NOVRUZU BAKIDA QEYD EDƏCƏK


17-01-2013, 09:41
TÜRKİYƏLİ MÜĞƏNNİ NOVRUZU BAKIDA QEYD EDƏCƏK
MURAT BOZ GƏLİR

Türkiyənin məşhur müğənnisi Murad Boz Azərbaycana gəlir. Etibarlı mənbədən SİA-ya daxil olan məlumata görə, türkiyəli ulduzun gəlişi mart ayına planlaşdırılır. Səbəbi isə təbii ki, konsert proqramı ilə Bakı pərəstişkarlarını sevindirməkdir.

Xatıladaq ki, bir il öncə də Murad Bozun Bakıya gəlməsi barədə xəbərlər də yayılmışdı. O zaman da müğənninin mart ayında, dəqiq desək Novruz bayramında gələcəyi deyilirdi. Hətta konsert barədə mətbuata açıqlamalar verilmişdi. Ancaq konsertə bir neçə gün qalmış tədbir bəlli olmayan səbəbdən təxirə düşmüşdü.

Onu da qeyd edək ki, Murad Bozla eyni səhnəni gənc müğənni Orxan Babazadənin bölüşəcəyi haqda məlumatlar dolaşır.

Geri qayıt