Əsas Səhifə > Dünya > UŞAQ BAĞÇASINDA PORNO FİLM QALMAQALI

UŞAQ BAĞÇASINDA PORNO FİLM QALMAQALI


17-01-2013, 09:34
UŞAQ BAĞÇASINDA PORNO FİLM QALMAQALI
3-5 YAŞLI UŞAQLAR CİZGİ FİLMİ GÖZLƏYİRMİŞ

Fransanın Ruan şəhərindəki uşaq bağçalarından birində uşaqlara səhvən porno film izlədilib. Məlumata görə, müəllim internetdən yüklədiyi dosyeni və cizgi filmi hesab edərək nümayişi başlatdıb və daha sonra telefona cavab vermək üçün otaqdan çıxıb. Bu vaxt ərzində yaşları 3 ilə 5 arasında dəyişən azyaşlılar bir müddət porno filmə baxıblar.

Fransa təhsil nazirliyi baş verənlərin “arzuolunmaz qəza” olduğunu deyib, nazirliyə bağlı müfəttişlər isə hadisəni araşdırmağa başlayıb.

Bəzi ailələr isə uşaqlarının film səbəbilə şoka düşdüyünü bildirərək bağçadan şikayətçi olublar.

Geri qayıt