Əsas Səhifə > Güney Press, Araşdırma > OĞUZ POLİS İDARƏSİNDƏ DƏHŞƏTLİ OLAY

OĞUZ POLİS İDARƏSİNDƏ DƏHŞƏTLİ OLAY


17-01-2013, 09:30
OĞUZ POLİS İDARƏSİNDƏ DƏHŞƏTLİ OLAY
ƏRİNİ ÖLDÜRMÜŞ QADINA TƏCAVÜZ CƏHDİ

”Təzadlar»ın redaksiyasına hamını şoka salan bir hadisə barədə şikayət daxil olub. Mənbənin sözlərinə görə, bu yaxınlarda həyat yoldaşını qətlə yetirmiş (məlum səbəbdən hələki adını gizli saxlayırıq) İsmayıllı rayon sakini olan bir qadını Oğuz RPŞ-nin istintaq izolyatoruna gətiriblər. Və həmin qadına burada Oğuz RPŞ-nin polis nəfəri-nəzarətçi Babək Nəcməddinov tərəfindən zorlamağa cəhd edilib.

Araşdırma apararaq öyrəndik ki, həmin qadın törətdiyi cinayət əməlinə görə, Şəki RPŞ-nin istintaq təcridxanasında saxlanılırmış. Lakin orada təmir aparıldığından onu bu günlərdə Oğuz RPŞ-yə müvəqqəti etap ediblər. Burada isə istintaq altında olan qadının təhlükəsizliyi və həyatı etibar olunmuş Oğuz RPŞ-nin polis əməkdaşı Babək Nəcməddinov bu etimada xəyanət edib və s.

Məlumatı dəqiqləşdirmək üçün adıçəkilən xanımın qohumlarından biri ilə əlaqə saxladıq və faktı təsdiqlədi və onu da əlavə etdi ki, artıq bu biabırçı məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubova xanımın adından müraciət hazırlanıb və göndəriləcək. Surətini də redaksiyamıza təqdim edəcəklər. Həmçinin bu rüsvayçı hərəkətlə bağlı Oğuz RPŞ-nin rəisi Habil Əmiraslanova şikayət təqdim edilib. Lakin rəis H.Əmiraslanov tədbir görmək əvəzinə hazırda polis əməkdaşı Babək Nəcməddinovun dərhal təqaüdə göndərilməsi üçün gizli sənədlər hazırlatdırır, könüllü işdən çıxması barədə ərizəsini də alıb. Və bununla da müvəqqəti təcridxanada insan hüquqları pozulmuş və təhqir edilmiş qadını susdurmaq istəyirlər.
\ tezadlar \
Geri qayıt