Əsas Səhifə > Ölkə > DEPUTAT ETİBAR PİRVERDİYEVİ HƏDƏFƏ ALDI

DEPUTAT ETİBAR PİRVERDİYEVİ HƏDƏFƏ ALDI


18-11-2011, 13:04
DEPUTAT ETİBAR PİRVERDİYEVİ HƏDƏFƏ ALDI

“AZENERJİ” ŞEFİNİN SONU ÇATIB

Modern.az-ın verdiyi xəbərə görə, Milli Məclisin komitələrinin Azərbaycanın 2012-ci il dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş birgə iclası zamanı millət vəkili Fuad Muradov “Azərenerji”nin fəaliyyətini tənqid edib. Millət vəkili bildirib ki, son günlər ölkədə elektrik enerjisi ilə bağlı ciddi problemi yaşandı. Hətta paytaxtda və mərkəzi hissələrdə elektirik enerjisinin verilməsində uzunmüddətli fasilələr yarandı. Halbuki, hər il dövlət büdcəsindən “Azərenerjiyə” vəsait ayrılır və Maliyyə Nazirliyi kifayət qədər böyük maliyyəni bu qurumun hesabına köçürür.

F.Muradovun sözlərinə görə, dövlət insanların verdiyi vergiyə əsasən “Azərenerji”yə investisiya qoysa da, insanlar işıq problemindən əziyyət çəkirlər: “Ona görə də Hesablama Palatası “Azərenerji”nin fəaliyyətinə yenidən baxmalıdır”.

Qeyd edək ki, Milli Məclisin son iclasında “Elektroenergetika haqqında” və “Qaz təchizatı haqqında” qanunlara dəyişikliklər müzakirə olunarkən deputat Qənirə Paşayeva da “Azərenerji”nin fəiliyyətini ciddi tənqid etmiş, qurumun rəhbəri Etibar Pirverdiyevə suallarının olduğunu vurğulamışdı.


Geri qayıt