Əsas Səhifə > Siyasət, Manşet > İRANIN BAKIDAKI MALİYYƏ RIÇAQLARI

İRANIN BAKIDAKI MALİYYƏ RIÇAQLARI


18-11-2011, 12:51
İRANIN BAKIDAKI MALİYYƏ RIÇAQLARI

«BANK OF BAKU»NUN DA DAXİL OLDUĞU QRUP GİZLİ İRAN AGENTLƏRİNİ MALİYYƏLƏŞDİRİR

DİA.AZ: - İranla Azərbaycanın münasibətlərindəki gərginlik artıq kuliminasiya həddinə çatıb. Hər addımbaşı Azərbaycan xalqını və Azərbaycan dövlətini təhqir və təhdid etməyindən qalmayan fars-molla rejiminin bu düşmən münasibətləri nəhayətdə rəsmi Bakını Tehrana münasibət aydınlaşdırılması üçün xüsusi elçi yollamağa vadar etdi. Artıq Prezident administrasiyasının şöbə müdiri Əli Həsənov bu məqsədlə İrandadır.

Mötəbər mənbələrdən «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) daxil olan məlumatlardan aydın olur ki, bu siyasi addımla yanaşı, Azərbaycanın hüquq-mühafizə orqanları da İranın ölkəmizdəki şəbəkələri ilə bağlı ciddi tədbirlər planı həyata keçirə bilər. Bu barədə danışan məlumatlı qaynaq iddia edir ki, hal-hazırda Bakıda İrana az qala casusluq edəcək səviyyədə bir informator şəbəkəsi fəaliyyət göstərməkdədir. Davamlı olaraq İranın ayrı-ayrı xəbər portalları ilə yüksək qonorarın müqabilində əməkdaşlıq edən sözügedən qrupa maraqlıdır ki, maliyyə yerli qaynaqlarımız tərəfindən çatdırılır.

Xatırladaq ki, bu vaxta qədər Azərbaycanın ayrı-ayrı iqtisadi strukturlarının İranın xüsusi-xidmət orqanlarına yaxın şəxslərin əlində olması barədə davamlı məlumatlar yayılıb. Onların arasında ən çox diqqətçəkəni isə, məşhur «VikiLeaks» təşkilatının ortaya qoyduğu faktlarıd. Həmin sənədlərdə bildirilirdi ki, «Bank of Baku», «XalqBank», «Royal Bank of Baku» kimi banklar və eləcə də «Bacu Electronics», «Hyundai Auto Azebaijan» kimi şirkətlər bu gün İrandan ötürülən çirkli pulların yuyulmsı üçün bir vasitədir.

İndi isə aydın olur ki, İranın Bakıdakı informatorları elə həmin qaynaqların hesabına maliyyələşdirilir. Hər halda, artıq bu faktların yerli xüsusi xidmət orqanlarımız üçün də diqqətçəkici olduğu söylənilir. Konkret olaraq isə «Bank of Baku» ilə bağlı müəyyə hərəkətlənmələrin olacağı da istisna deyil.


Geri qayıt