Əsas Səhifə > Güney Press, Araşdırma > ORDU RƏHBƏRLİYİNƏ QARŞI DAHA BİR AKSİYA

ORDU RƏHBƏRLİYİNƏ QARŞI DAHA BİR AKSİYA


16-01-2013, 09:03
ORDU RƏHBƏRLİYİNƏ QARŞI DAHA BİR AKSİYA
YENƏ DƏ EYNİ ŞÜARLAR, EYNİ TƏLƏBLƏR

Ölkə gəncliyi 12 yanvarda keçirdiyi «Əsgər ölümlərinə son!» tələbli aksiyasını davam etdimək fikrindədir. TİA.AZ sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, artıq məsələ geniş müzakirə predmetinə çevrilib və bununla bağlı ciddi təkliflər var.

Həmin müzakirələrdə vurğulanır ki, hal hazırda da yeni-yeni əsgər ölümləri baş verir və ordudakı özbaşınalıqlar dayanmaq bilmir. Buna etiraz etmək və cəmiyyəti də prosesə aktiv şəkildə cəlb etmək üçün gənclərin qərarı belədir ki, yaxın vaxtlarda daha bir aksiya təşkil olunmalıdır. Aksiyanın nə vaxt və harada keçiriləcəyi barədə isə hələlik dəqiqləşdirmə aparılmayıb.

Bu əsnada o da məlum olub ki, yeni aksiyanın tələblərindən biri həm də polisi əhatə edəcək. Belə ki, «Əsgər ölümlərinə və Polis özbaşınalığına Son» tələbi ilə aksiya keçirilməsi məsələsi daha diqqətiçəkən olub.

Geri qayıt