Əsas Səhifə > Gündəm, Manşet > RAMİZ MEHDİYEVİ TƏCİLİ OLARAQ KREMLƏ ÇAĞIRDILAR

RAMİZ MEHDİYEVİ TƏCİLİ OLARAQ KREMLƏ ÇAĞIRDILAR


16-01-2013, 08:18
RAMİZ MEHDİYEVİ TƏCİLİ OLARAQ KREMLƏ ÇAĞIRDILAR
PA ŞEFİ RUSİYA HAKİMİYYƏTİ İLƏ SON DURUMU MÜZAKİRƏ EDƏCƏK

DİA.AZ: - «Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu günlərdə Moskvaya səfər edəcək». Bu ilginc məlumatı DİA.AZ-a çatdıran mənbə bildirir ki, son günlər yaranmış situasiya ilə bağlı zaman-zaman dövrü mətbuatımızda «Rusiyanın bir nömrəli adamı» kimi təqdim edilən Ramiz Mehdiyev Kremldən məsləhətlər almağa gedir.

Mənbəmizin xəbərində o da vurğulanır ki, Ramiz Mehdiyevin Rusiyaya çağrılmasından Azərbaycan hakimiyyətinin yuxarı eşalonu da tam olaraq xəbərdardır. Sadəcə olaraq, bu məsələ ətrafında heç bir müzakirə aparılmayıb.

Məlumatlara görə, gələn həftə baş tutacaq səfər qeyri-rəsmi xarakter daşıyır və hətta ictimaiyyət bu səfərdən xəbərdar edilməyəcək. Məlumatlara görə, məhz Moskvanın istəyilə baş tutan bu səfər zamanı son durumun müzakirəsilə yanaşı, həmçinin Ramiz Mehdiyevin bundan sonrakı aqibəti və Azərbaycanda keçirilməsi nəzərdə tutulan prezident seçkiləri də müzakirə predmeti olacaq.

Geri qayıt