Əsas Səhifə > Hadisə, Manşet > BAKI HAVA LİMANINDA ŞÜBHƏLİ YÜK DOLU TƏYYARƏ

BAKI HAVA LİMANINDA ŞÜBHƏLİ YÜK DOLU TƏYYARƏ


15-01-2013, 14:27
BAKI HAVA LİMANINDA ŞÜBHƏLİ YÜK DOLU TƏYYARƏ
KİMƏ AİD OLUNDUĞU BİLİNMƏYƏN YÜK RUSİYAYA YÖN ALDI

DİA.AZ: - Redaksiyamıza çox maraqlı bir məlumat daxil olub. Bilgili qaynağın DİA.AZ-a verdiyi xəbərə görə, bu gün səhər saatlarında Rusiyaya doğru Azərbaycandan xüsusi təyyarə yola salınıb.

Mənbəmiz bildirir ki, Rusiya fövqəladə hallar nazirliyinə aid olan hərbi yük təyyarəsinə xeyli sayda sənədlərlə dolu paketlər və eyni zamanda şübhəli sandıqçalar yüklənilib.

Mənbəmiz həmin yükün kimə aid olduğunu bilməsə də, təyyarəyə yüklənən yükün mülki geyimli azərbaycanlılar tərəfindən müşaiyət olunduğunu və bu zaman hava limanının heç bir əməkdaşının yaxınlıqda olmadığını da bildirdi:

«Bu isə o deməkdir ki, yük hətta Azərbaycandan köçməkdə olan Qəbələ RLS-dəki rusiyalı hərbçilərə də aid deyil. Çünki onlar özlərinə məxsus avadanlıqları və sənədləri öz əməkdaşlarının müşaiyəti ilə çıxarırlar».

Geri qayıt