Əsas Səhifə > Dünya > ƏFQANISTANDA ANTİTERROR ƏMƏLİYYATLARI

ƏFQANISTANDA ANTİTERROR ƏMƏLİYYATLARI


15-01-2013, 10:29
ƏFQANISTANDA ANTİTERROR ƏMƏLİYYATLARI
13 TALİBAN YARAQLISI ÖLDÜRÜLÜB

Əfqanıstanın hüquq-mühafizə orqanları ölkənin bir çox vilayətində anti-terror əməliyyatları həyata keçirib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, son bir gündə həyata keçirilən əməliyyatlar zamanı 13 Taliban yaraqlısı öldürülüb, 4 terrorçu isə yaralanıb.

Daxili İşlər və Müdafiə nazirliklərindən verilən birgə açıqlamada qeyd olunur ki, 9 terrorçu sağ ələ keçirilib.

Qeyd edək ki, 8 mina da zərərsizləşdirilib.

Geri qayıt