Əsas Səhifə > Hadisə > İNTİHAR XƏBƏRİ BU DƏFƏ BƏRDƏDƏN GƏLDİ

İNTİHAR XƏBƏRİ BU DƏFƏ BƏRDƏDƏN GƏLDİ


15-01-2013, 09:56
İNTİHAR XƏBƏRİ BU DƏFƏ BƏRDƏDƏN GƏLDİ
49 YAŞLI KİŞİ ZƏHƏRLİ MADDƏ İÇDİ

Azərbaycanın Bərdə rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib.

Lənbəran kənd sakini, 1963-cü il təvəllüdlü Elşən Zahid oğlu Bəylərov yaşadığı evin həyətində yerləşən ayaqyolunda zəhərli maddə içərək özünü öldürüb. Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Geri qayıt