Əsas Səhifə > Güney Press, Araşdırma > İSA QƏMBƏR KİMDƏN ŞÜBHƏLƏNİR?

İSA QƏMBƏR KİMDƏN ŞÜBHƏLƏNİR?


14-01-2013, 12:50
İSA QƏMBƏR KİMDƏN ŞÜBHƏLƏNİR?
"BU BİR SUİ-QƏSD CƏHDİ İDİ"

Müsavat Partiyasının başqanı İsa Qəmbər ötən gün Lənkəranda üzləşdiyi hücumla bağlı mətbuat konfransı keçirir. Musavat.com-un mətbuat konfransında iştirak edən əməkdaşının verdiyi məlumata görə, İsa Qəmbər ötən gün yaşanan rəzalətin Lənkəran əhalisinə heç bir aidiyyatının olmadığını bəyan edib: "Bu, bir sui-qəsd cəhdi idi. Onun məsuliyyəti İlham Əliyev və Ramiz Mehdiyevin üzərindədir".

İsa Qəmbər Lənkəran şəhər İcra Hakimiyyəti nümayəndələrinin hücumun şəhid ailələri və yoxsullar tərəfindən edildiyi barədə iddialırının absurd olduğunu bildirib: "Şəhid ailələri bizim başımızın tacıdırlar və onlarla münasibətlərimiz hər zaman isti olub. Əgər hücum edənlər imkansız adamlar idisə, onlar ora "Cip"lərlə necə gəlmişdilər?".

Müsavat başqanı onu da bildirib ki, basqında 150-ə yaxın adam iştirak edib. İsa Qəmbərin sözlərinə görə, yol polisi əməkdaşlarının müsavatçıların maşınlarını Lənkəranın girişində saxlaması və müxtəlif bəhanələrlə ləngitməsi təsadüfi deyildi.

İsa Qəmbər hücum zamanı atılan iri daşlardan birini də jurnalistlərə nümayiş etdirib.

Geri qayıt