Əsas Səhifə > Şou-biznes > YAŞAR NURİNİN HƏYAT YOLDAŞI ETİRAZ ETDİ

YAŞAR NURİNİN HƏYAT YOLDAŞI ETİRAZ ETDİ


17-11-2011, 15:51
YAŞAR NURİNİN HƏYAT YOLDAŞI ETİRAZ ETDİ

“BU, VİCDANSIZLIQDIR”

11 noyabr tarixindən Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində müalicəsini davam etdirən Azərbaycanın xalq artisti, görkəmli aktyor Yaşar Nurinin ötən gün guya, vəziyyətinin pisləşdiyi, hətta dünyasını dəyişdiyi barədə yayılan xəbərlər aktyorun ailəsində hiddətlə qarşılanıb. Xalq artistinin həyat yoldaşı Rəhimə Nuriyeva Trend-ə açıqlamasında vicdansızcasına pis şaiyə yayanları qınadı, belə halların təkrarlanmamasını bəzi bədxah insanlardan tələb etdi.

"Dünən mən və iki qızım şok keçirdik. Telefonlarımız susmurdu. Qohumlarımız, Yaşarın həmkarları və pərəstişkarları telefon edib, vəziyyətimizlə maraqlanırdılar. Facebook sosial şəbəkəsində Yaşarın guya, dünyasını dəyişməsi barədə yazılan məlumatlardan da xəbərimiz var. Bunun bir adı var - vicdansızlıq. Biz Allaha dua edirik ki, həkimlərin səyi nəticəsində Yaşarın vəziyyətində müsbət dəyişiklik olsun, tezliklə palataya köçürülsün, amma bəzi bədxah insanlar onun ölüm xəbərini yayırlar. Görəsən, belələri nəyə nail olmaq istəyirlər? Axı, bu cür insanlıq olmur", - Rəhimə Nuriyeva belə dedi.

Xalq artistinin həyat yoldaşı açıqlamasında onu da bildirdi ki, onlar şaiyəni yayan insanın kimliyini müəyyənləşdiriblər və həmin şəxs aktyorun ailəsindən üzr istəyib.

Trend olaraq sevimli sənətkarımıza Allahdan şəfa diləyir, tezliklə ayağa qalxmasını arzulayırıq.


Geri qayıt