Əsas Səhifə > Cəmiyyət, Manşet > HAKİMİYYƏT DAXİLİNDƏ PA ŞEFİNƏ QARŞI QİYAM
HAKİMİYYƏT DAXİLİNDƏ PA ŞEFİNƏ QARŞI QİYAM14-01-2013, 12:40 |
MƏMURLAR NARAHATÇILIQ İÇİNDƏDİRLƏR DİA.AZ: - Redaksiyamıza hakimiyyət daxilindəki mənbələrdən ilginc məlumatlar daxil olub. Nazirlər Kabinetindəki mötəbər qaynağın iddialarına görə, məmurlar arasında son olaraq baş verən olaylar böyük narahatçılıq yaradıb. Mənbənin söylədikləri: «Bu narahatçılıq şiddətinə görə, hətta ərəb inqilabları zamanı hakim düşərgədə hökm sürən pessimizmdən də üstündür. Kimsə nəyin baş verdiyindən doğru-dürüst xəbərdar olmadığından baş verənlərdən narahatçılıq keçirir. Çünki aşkar surətdə hakimiyyətin itirilməsi anonsu, iqtidarın sütunlarının zəifləməsi müşahidə olunmaqdadır». Şənbə günü Bakıda keçirilən aksiyanın və bununla bərabər Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin davranışlarının, həmçinin fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaratdığı ajiotaj bu gün məmur heyəti tərəfindən ciddi şəkildə təqib olunmaqdadır: «Hər kəs narahatdır. Və ola bilsin ki, hətta bu narahatçılıqlarla bağlı prezidentə belə müraciət olunsun. Artıq bunun ilkin təşəbbüsləri də müşahidə olunmaqdadır və bu proseslər hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyi tərəfindən yönəldilə bilər». Yəni bu xəbərdən belə nəticə hasil olur ki, YAP Ramiz Mehdiyevə qarşı bir neçə məmurun adından prezidentə müraciət hazırlayır. Mənbəmiz vurğulayır ki, artıq həmin müraciətin mətni hazırdır və imzalanması üçün işlər görülür: «Bu hərəkat məxfi qaydada aparılır. Amma imzalanma üçün hazır olanda hər kəs xəbərdar olacaq». Geri qayıt |