Əsas Səhifə > Dünya > HÜSNÜ MÜBARƏK 2 GÜNƏ 3 MİLYON DOLLAR TAPMALIDIR

HÜSNÜ MÜBARƏK 2 GÜNƏ 3 MİLYON DOLLAR TAPMALIDIR


14-01-2013, 09:58
HÜSNÜ MÜBARƏK 2 GÜNƏ 3 MİLYON DOLLAR TAPMALIDIR
OLANDA DA BELƏ BORCUN OLSUN

Misir Baş Prokurorluğu yanvarın 13-də sabiq prezident Hüsnü Mübarəkin vəkillərinin təklifini qəbul edərək onun işinə xitam verilməsinə razılaşıb. Əvəzində sabiq prezident vaxtilə “Əl-Əhrəm” media holdinqindən aldığı 2,7 milyon dolları dövlət xəzinəsinə ödəməlidir. Bunun üçün sabiq prezidentin ailəsinə iki gün vaxt qoyulub. Mübarəkin tərəfdarları Baş Prokurorluğun qərarını sevinclə qarşılayıb.

84 yaşlı Mübarək Misir prezidenti postunu 1981-2011-ci illərdə tutub. 2011-ci ilin fevralında xalq hərəkatının təzyiqləri nəticəsində istefa verib. 2012-ci ilin iyun ayında Qahirə məhkəməsi onu ömürlük həbsə məhkum edib. Mübarək kütləvi etirazları qanda boğmaqda təqsirli bilinib.

Bu il yanvarın 12-də Misir Kassasiya Məhkəməsi onun işinə yenidən baxılmasına qərar verib. Həmin gün Mübarək həbsxanadan Qahirə Hərbi Hospitalına köçürülüb.

Geri qayıt