Əsas Səhifə > Partiya > DAHA BİR AKSİYA TƏYİN OLUNDU

DAHA BİR AKSİYA TƏYİN OLUNDU


14-01-2013, 09:44
DAHA BİR AKSİYA TƏYİN OLUNDU
BU DƏFƏ 20 YANVAR ANILACAQ

2 yanvarda keçirilmiş «Əsgər ölümlərinə son!» tələbli mitinqdən sonra gənclər daha bir aksiya təşkil etməyə qərar veriblər. Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, aksiyanın təşkilatçıları yenə hər hansı bir siyasi partiya və təşkilat deyil.

Bu dəfə də gənclər təşəbbüsü üzərlərinə çəkərək, Azərbaycanın şəhidlərini yad etmək qərarına gəliblər. Məlumatda vurğulanır ki, aksiya yürüş xarakterli olacaq və yanvarın 20-də keçiriləcək. Belə ki, 20 Yanvar Faciəsi ilə əlaqədar olaraq təşkil olunacaq Anım Yürüşü Şəhidlər Xiyabınına yürüşlə müşahidə ediləcək.

Anım Yürüşü yanvarın 20-si saat 14:00-da başlayıb, 15:00-da başa çatacaq. Aksiyanın tək şüarı olması nəzərdə tutulub: "Şəhidlər ölməz, Vətən bölünməz!".

Geri qayıt