Əsas Səhifə > Dünya > BERNAR FASYE DÖVRÜ BİTDİ

BERNAR FASYE DÖVRÜ BİTDİ


17-11-2011, 15:38
BERNAR FASYE DÖVRÜ BİTDİ

FRANSA MİNSK QRUPUNDAKI ADAMINI DƏYİŞDİ

Fransanın ATƏT-in Minsk Qrupundakı təmsilçisi dəyişib. APA-nın Ermənistanın “Jamanak” qəzetinə istinadən verdiyi məlumata görə, fransalı həmsədr Bernar Fasyenin yerinə bu vəzifəyə Jak For təyin ediləcək. Bildirilir ki, Fasie bu vəzifədə noyabrın axırında regiona son səfərini edəcək.

Jak For Fransanın Ukraynadakı səfiri vəzifəsini tutur və onun Kiyevdəki səlahiyyət müddəti artıq başa çatmaq üzrədir.

Qeyd edək ki, Jak For 1977-1980-ci illərdə Fransa XİN-in mərkəzi aparatında çalışıb. 1980-1981-ci illərdə Varşavadakı Fransa səfirliyində iknci katib, 1981-1985-ci illərdə isə elə həmin səfirlikdə birinci katib olub.

Jak For 1989-1992-ci illərdə Şərq və Mərkəzi Avropa məsələləri üzrə Fransa XİN-in idarə rəhbəri olub. 1992-94-cü illərdə ölkəsini səfir qismində Albaniayda, 1994-98-ci illərdə isə Estoniyada təmsil edib.

1998-2003-cü illərdə Fransa XİN-də Şərqi Tərəfdaşlıq üzrə şöbəsnin rəis müavini olub. 2003-07-ci illərdə Slovakiyada səfir kimi çalışıb. 2007-2008-də Fransa XİN-in Avropa idarəsnin rəhbəri olub.

2008-ci ildən Fransanın Ukraynadakı səfiridir.


Geri qayıt