Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEV ƏZƏLƏ NÜMAYİŞ ETDİRMƏKDƏDİR

RAMİZ MEHDİYEV ƏZƏLƏ NÜMAYİŞ ETDİRMƏKDƏDİR


14-01-2013, 08:25
RAMİZ MEHDİYEV ƏZƏLƏ NÜMAYİŞ ETDİRMƏKDƏDİR
PA ŞEFİNİN MÜXALİFƏTDƏKİ DAYAQLARI İLƏ BAĞLI İLGİNC XƏBƏRLƏR

DİA.AZ: - «Keçən şənbə günü Ramiz Mehdiyev hamıya güc nümayiş etdirdi». Bu sözləri DİA.AZ-a hökumət içindəki mənbə bildirib. Əslində baş verənlərin daha çox bu gün küncə sıxışdırılmış Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin maraqlarına uyğun gəldiyini iddia edən qaynağın sözlərinə görə, bu yolla PA şefi güc nümayiş etdirdi, mesaj ünvanlayaraq bildirdi ki, alternativ düşərgədə yetərincə imkanlara malikdir.

Xatırladaq ki, bir müddət əvvəl fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaydığı gizli videoçəkilişlərə münasibət bildirərkən Ramiz Mehdiyev Arzu Səmədbəyli ilə bağlı məsələ ilə əlaqədar təxminən belə bir ifadə işlətmişdi: «Elşad Abdullayev bununla belə bir təəssürat yaratmağa çalışır ki, biz yalnız Müsavat Partiyasını dəstəkləyirik»…

Yəni bu kimi faktların zaman-zaman Ramiz Mehdiyevin müxalifətdə gizli emissarlarının olmasına dəlillərdən biri kimi qəbul edilməsini söyləyən mənbəmiz vurğuladı ki, indi Ramiz Mehdiyev müqavimət göstərir: «O, çətin günlərini yaşayır. Və təbii ki, müqavimət göstərərkən bütün arsenalını işə salacaq. İndidən bunu müşahidə etməkdəyik.

Mənbəmiz onu da bildirdi ki, hələ məlum savaşın daha acımasız anları irəlidədir.

Geri qayıt