Əsas Səhifə > Cəmiyyət > “RAMİZ, EŞİDİRSƏN BİZİ?”

“RAMİZ, EŞİDİRSƏN BİZİ?”


17-11-2011, 15:35
“RAMİZ, EŞİDİRSƏN BİZİ?”

PREZİDENT ALİ MƏHKƏMƏNİN SƏDRİNƏ SƏSLƏNİB

Noyabrın 16-da prezident İlham Əliyev Oğuz rayonuna səfəri çərçivəsində rayon məhkəməsinin inzibati binasının açılışında iştirak edib. Dövlət başçısı burada olduğu vaxt Oğuz Rayon Məhkəməsinin inzibati binasında Ali Məhkəmə ilə videobağlantı yaradılıb. Prezident İlham Əliyev videobağlantı zamanı Ali Məhkəmənin sədri Ramiz Rzayevlə söhbətləşib.

AzərTAc həmin söhbətin mətnini təqdim edib.

Prezident İlham Əliyev: Ramiz, eşidirsən bizi?

Ali Məhkəmənin sədri Ramiz Rzayev: Bəli, cənab prezident, Sizi eşidirəm. İcazə verin, göstərdiyiniz diqqətə, bu gözəl binalara görə Sizə bütün hakimlər adından təşəkkürümüzü bildirim və Sizi əmin edim ki, bu qərarınızın cavabı olaraq etimadınızı ən yüksək səviyyədə doğruldacağıq.

Prezident İlham Əliyev: Sağ ol. Görürsən, indi nəinki Bakıda, bölgələrdə də gözəl məhkəmə binaları tikilir. Əlbəttə, Ali Məhkəmənin binası öz gözəlliyi və əzəməti ilə seçilir. Ancaq bu binalar da kifayət qədər gözəldir və müasir tələblərə cavab verir. Bütün məhkəmə işçilərini bu gözəl hadisə münasibətilə təbrik edirəm.


Geri qayıt