Əsas Səhifə > Dünya > TÜRKİYƏ VƏTƏNDAŞI NİYƏ TUTULDU?

TÜRKİYƏ VƏTƏNDAŞI NİYƏ TUTULDU?


11-01-2013, 11:47
TÜRKİYƏ VƏTƏNDAŞI NİYƏ TUTULDU?
YƏQİN VERDİYİ RÜŞVƏT AZ OLUB

Belarusda gömrük işçisinə 5 dollar rüşvət təklif edən Türkiyə vətəndaşı həbs olunub. Bu barədə ictimaiyyətə "Qomel" Gömrük İdarəsi məlumat verib. Məlumata görə, adı açıqlanmayan Türkiyə vətəndaşı idarə etdiyi avtomobillə sərhəddən keçmək istəyərkən yoxlama məntəqəsində saxlanılıb.

Qeyd edək ki, gömrük işçisinə pasportunu verərkən içinə 5 dollar qoyan türkiyəli vətəndaş bununla da şübhəli şəxs qismində sərhəddən buraxılmayıb. Saxlanılan şəxs barədə isə gömrük idarəsi hələlik heç bir məlumat vermir.
\ faktxeber.com \
Geri qayıt