Əsas Səhifə > Ölkə, Manşet > İRAN BAKINI BOMBALAMAQ ÜÇÜN ZƏMİN HAZIRLAYIR

İRAN BAKINI BOMBALAMAQ ÜÇÜN ZƏMİN HAZIRLAYIR


11-01-2013, 11:16
İRAN BAKINI BOMBALAMAQ ÜÇÜN ZƏMİN HAZIRLAYIR
FARS-MOLLA REJİMİNİN TƏXRİBATLARI DAVAM EDİR

DİA.AZ: - İranın xüsusi xidmət orqanlarının nəzarəti altında olan «AranNews» xəbər portalı yenə də Azərbaycana qarşı ittihamlar irəli sürüb. Bildirək ki, öz məlumatında beynəlxalq «Röyter» agentliyinə istinad edən mola mirzələri bəzi faktları təhrif etməkdən belə çəkinmirlər ki, bu da əslində rəsmi Tehranın «İrana hücum olarsa, biz də Bakını bombalayacağıq» açıqlamasının yeni formada ifadəsi kimi və həmçinin, qeyd olunan şəraitə tədarük kimi qəbul olunmalıdır.

DİA.AZ bildirir ki, istənilən bir yolla Azərbaycanı da müharibəyə soxmağa çalışan fars-molla rejimi bu kimi təxribat xarakterli «məlumatları» ilə özünün gələcək təhlükəli planlarına zəmin yaratmağı da qəsd edir. Həmin materialı diqqətinizə təqdim edirik:

«“Röyter” agentliyi Azərbaycanın hərbi siyasətlərindən məlumatlı oan bir neçə qaynağa istinad edərək deyib ki, Bakı və Təl-əviv İrana mümkün hücum zamanı Azərbaycanın hərbi hava bazalarının gücü və qırıcı və pilotsuz təyyarələrin bu bazalardan qalxıb-enməsi barədə müzakirələr aparıblar.
Agentlik əlavə edib: “Əlbəttə, İsrailin İrana mümkün hücumu zamanı Azərbaycanın ona verəcəyi hərbi və diplomatik dəstək ABŞ-ın verəcəyi dəstəklə müqayisə oluna bilməz. Ancaq Azərbaycan İsrail qırıcılarının yanacaq götürməsinə və kəşfiyyat əməliyyatlarının həyata keçirilməsinə dəstək verə bilər”.

“Bakının Təl-əvivlə bu mövzudakı əməkdaşlığı baş tutsa, Azərbaycn və İran arasında dərin bir münaqişə formalaşacaq”- deyə sayt artırıb.

Sayta əsasən, iki azərbaycanlı hərbçi və Rusiyanın iki kəşfiyyat rəsmisi deyib ki, Azərbaycanla İsrailin bu məsələdə əməkdaşlıq etmələri ehtimalı vardır və artıq qırıcıların haradan qalxacağı və harada enəcəyi barədə mövzular müzakirə olunub.

İlham Əliyev dövlətinin qərblə yaxşı münasibətləri vardır və İsraillə əməkdaşlıq edən bir neçə İslam ölkəsindən biridir. İsrail, Azərbaycan neftinin alıcısıdır və Azərbaycan da öz hərbi ehtiyaclarının bir hissəsini İsraildən təmin edir.

Azərbaycan Parlamentinin xarici məsələlər üzrə komitəsinin üzvü və müstəqil deputat Rasim Musabəyov bu mövzu barədə dəqiq məlumatının olmasını bildirsə də İsrailin İrana ehtimal olunan hücumunda Azərbaycanın mühüm rol oynayacağını vurğulayıb”.

Eyni halda dövlət aparatı tərəfindən Rüstəm Kərimov bu iddiaları təkzib edərək Azərbaycanın İrana qarşı öz ərazisindən istifadəyə heç vaxt razılıq verməyəcəyini bildirib.

Qeyd edək ki, son vaxtlar İsrail kəşfiyyatı “Mossad”ın nümayəndələrinin cənub rayonlarına baş çəkməsi halları artıb”».

Geri qayıt