Əsas Səhifə > Gündəm, Manşet > ƏBÜLFƏZ QARAYEVİN «AVROVİZİYA» BİZNESİ

ƏBÜLFƏZ QARAYEVİN «AVROVİZİYA» BİZNESİ


17-11-2011, 14:00
ƏBÜLFƏZ QARAYEVİN «AVROVİZİYA» BİZNESİ

NAZİR HƏR OTELDƏN NƏYƏ GÖRƏ 100 MİN PUL TƏLƏB EDİR?

DİA.AZ: - Bir ara mətbuatda belə bir məlumat yayıldı ki, Azərbaycan rəsmiləri otelləri «Avroviziya-2012» mahnı yarışmasının siyahısına pulla salırlar. Məlumatda deyilirdi ki, Azərbaycanın ev sahibliyi edəcəyi “Avroviziya-2012”yarışmasında Bakıya gələcək qonaqların yerləşəcəyi otellərin tam siyahısı təsdiqlənməyib. Bu da səbəbsiz deyil.

Məlumatlara görə, əslində bu otellərlə bağlı siyahının hazırlanmasına səbəb olan bir çox amillər var. Siyahıya daxil olmaq üçün otellərdən qeyri-rəsmi ödənişlər tələb edilir. Hər halda rəsmi olmasa da, məlumat verilir ki, bu işlə bağlı bir sıra məqamlar da ortadadır. Qeyd edək ki, Mədəniyyət və Turizm nazirinin müavini Vaqif Əliyev bir qədər əvvəl mətbuata verdiyi açıqlamasında bildirmişdi ki, Bakıda fəaliyyət göstərən 2, 3, 4 və 5 ulduzlu otellər yarışmanın siyahısına daxil edilib.

Bu barədə «Dünya» İnformasiya Agentliy redaksiyasına (dia.az) da çox ilginc faktlar daxil olub. Yuxarıda xatırlatdıtımız məlumatı bir daha təsdiqləyən hökumət içindəki qaynağımızın sözlərindən belə aydın oldu ki, sən demə Mədəniyyət və Turizm Nazirliyi «Avroviziya-2012» beynəlxalq mahnı yarışmasını bəhanə edərək əməlli-başlı pul qazanır: «Keyfiyyət tələbinin irəli sürülməsi əslində, rüşvətin həcminin şişirdilməsi üçün bir bəhanədir».

Mötəbər mənbə bildirir ki, artıq nazirliyin əməkdaşları otelbəotel düşərək pul toplayırlar: «Hansı otel ki, 100 min manatı göz önünə alır, onun adını da «Avroviziya-2012» yarışmasına görə gələn turistlər üçün hazırlanan kataloqa daxil edəcəklər».

Mənbənin sözlərinə görə, nazirlik tərəfindən Bakı şəhərinin xüsusi xəritəsi hazırlanır: «Həmin xəritədə iaşə obyektləri, otellər, görməli yerlər və digər obyektlər nişan veriləcək. Təbii ki, pulunu verməyən otelin həmin kataloqda adı olmayacaq».

Mənbəmiz onu dabildirdi ki, hətta həmin otellərə mahnı yarışması müddətində fəaliyyət də qadağan oluna bilər: «Çünki digər pul verən otellər artıq indidən narazılıq etməyə başlayıblar. Çünki təsadüfi müştərinin belə həmin otellərə baş çəkməsi onların verdikləri rüşvətin havaya sovrulması anlamını daşıyır».


Geri qayıt