Əsas Səhifə > Gündəm, Manşet > BAKI YENƏ DƏ QIŞA HAZIRLIQSIZ YAXALANDI

BAKI YENƏ DƏ QIŞA HAZIRLIQSIZ YAXALANDI


11-01-2013, 08:50
BAKI YENƏ DƏ QIŞA HAZIRLIQSIZ YAXALANDI
HACIBALA ABUTALIBOV NƏDƏNSƏ QIŞ YUXUSUNDAN AYILMAYIB

DİA.AZ: - Artıq iki gündür ki, bütün ölkə miqyasında havalar kəskin şəkildə soyuyub. Eyni zamanda paytaxt Bakıya aramla qar yağmaqdadır. Və dünən gecə saatlarından etibarən yağan qar bu gün Bakının bəzi küçələrində əməlli-başlı problemlər yaradıb.

DİA.AZ bildirir ki, qabaqcadan Dövlət Yol Polisi İdarəsinin sürücülərə xəbərdarlıq etməsinə baxmayaraq, yenə də yollarda problemlər yaranıb. Bu saata olan məlumata görə, ən təhlükəli anlar isə hələ də parlament prospektindəki «Alov Qüllələri»nin inşaat meydançasının yaxınlığında baş verməkdədir. Belə ki, yolun böyük bir hissəsinin buz bağlaması səbəbindən ehtiyat tədbirləri olmayan maşınlar sürüşərək hərəkəti qapadıblar. Hal-hazırda da həmin ərazidə böyük tıxac var və əsasən köhnə sovet istehsalı olan maşınlar tıxacdan bir türlü qurtula bilmirlər.

Oxşar problem mətbuat prospektində də yaşanmaqdadır. Belə ki, mətbuat prospektinin donması səbəbindən yolda hərəkət sürəti aşağı həddə düşüb ki, bu da tıxacın yaranması ilə nəticələnib.

Hər halda, burada tək günahın sürücülərdə - ehtiyatsız sürücülərdə olmadığı da aydındır. Ən azından DYP kimi, Bakı şəhər icra hakimiyyəti də öz üzərinə düşən işi icra edərək yollara qabaqcadan önləyici tədbirlər görməli idi. Lakin səhər saatlarından etibarən BŞİH-ə ai dnə qumsəpən, nə də duzsəpən maşina rast gəlinməyib…

Geri qayıt