Əsas Səhifə > Şou-biznes > “ONUN YARISI”NIN APARICILARI AİLƏ QURUR

“ONUN YARISI”NIN APARICILARI AİLƏ QURUR


17-11-2011, 13:43
“ONUN YARISI”NIN APARICILARI AİLƏ QURUR

HAMINI BƏZƏDİLƏR, ÖZLƏRİNƏ DƏ VAXT ÇATDI

Bugün ATV telekanalının iki populyar aparıcı, "Onun yarısı" evlilik şousunun əsas simaları Zaur Baxşəliyevlə Günay Qələndərlinin nişan mərasimi olacaq. Trend-ə etibarlı mənbədən daxil olan məlumata görə, cütlük efirdə bir-birlərinə olan sevgilərini real həyatda da sübut etməkdən ötrü bu addımı atıblar.

Nişan mərasimi paytaxt restoranlarının birində baş tutacaq. Nə qədər qəribə görünsə də, həm Zaur, həm də Günay bu xoş xəbəri əksər iş yoldaşlarından gizli saxlayırlar. ATV-də çalışan həmkarlarımızın bəziləri Trend-ə nişan barədə məlumatsız olduqlarını söylədilər.

Zaur mobil nömrəsini dəyişdiyi üçün onunla əlaqə yaratmaq cəhdimiz boşa çıxdı. İstənilən halda sevgilərini birləşdirəcək cütlüyə xoşbəxtlik arzulayırıq.


Geri qayıt