Əsas Səhifə > Dünya > MÖHSÜN YAZIÇIOĞLUNUN QATİLİ HƏBS EDİLDİ

MÖHSÜN YAZIÇIOĞLUNUN QATİLİ HƏBS EDİLDİ


17-11-2011, 13:40
MÖHSÜN YAZIÇIOĞLUNUN QATİLİ HƏBS EDİLDİ

TÜRKİYƏ POLİSİ İKİ NƏFƏR YAXALAYIB, AXTARIŞ DAVAM EDİR

DİA.AZ: - Sən demə Türkiyənin məşhur millətçi simalarından biri olan Möhsün Yazıçıoğlunun ölümü də qabaqcadan təşkil olunubmuş. Artıq bu iddialar da rəsmiləşib.

DİA.AZ-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Qəhrəmanmaraşda vertolyot qəzasında həyatını itirən Möhsün Yazıçıoğlunun ölümüylə bağlı açılan cinayət işi əssında bu gün İstanbulun bir çox ünvanlarına polis basqınları təşkil edilib. İlkin məlumatlara görə, biri pensiyada olan hərbçi olmaqla iki nəfər həbs edilib.

Həmin hərbçinin evində də axtarış həyata keçirilib. Eyni zamanda Atatürk havalimanında da axtarışlar aparılıb.


Geri qayıt