Əsas Səhifə > Şou-biznes > MƏNSUM İBRAHİMOVUN EVİNDƏ TOYDUR

MƏNSUM İBRAHİMOVUN EVİNDƏ TOYDUR


17-11-2011, 13:34
MƏNSUM İBRAHİMOVUN EVİNDƏ TOYDUR

XALQ ARTİSTİ QIZINI GƏLİN KÖÇÜRÜR

Muğam ifaçısı, xalq artisti Mənsum İbrahimov sabah qızını gəlin köçürəcək. ANS PRESS-in məlumatına görə, 3 qız və bir oğul atası olan xanəndənin böyük qızı ailə quracaq. Sənətkarın Xarici İşlər Nazirliyinin əməkdaşı olan qızı diplomat həmkarı ilə ailə qurur. Cütlüyün qız toyu 15.11.2011 tarixində baş tutub. Möhtəşəm toy mərasimində Azərbaycanın adlı-sanlı sənətkarlarından tutmuş gənc populyar ulduzlaradək iştirak edib. Musiqili qonaqların çoxluğundan bəzi sənətçilər öz təbriklərini sabah - 18 noyabrda düzənlənəcək oğlan toyunda çatdıracaqlar.

Övladının toy mərasiminin işıqlandırmasına razılıq verməyən xanəndə qızının istəyi ilə belə qərar verdiyini söyləyir: "Sözün düzü mən özüm də istəməzdim. Amma bu, konkret qızımın qərarıdır. Mənim övladlarım hamısı belədir. Heç vaxt efirdə görünmək istəməyiblər. Evimizdə çəkiliş olsa belə, məndən xahiş ediblər ki, onları çəkməsinlər. Çox vaxt televiziya işçiləri məndən inciyirlər də. Neyləyə bilərəm, xasiyyətləri belədir".

Allah xoşbəxt eləsin!


Geri qayıt