Əsas Səhifə > Siyasət, Manşet > PKK VƏ PJAK GƏNCƏDƏ NƏ EDİR?

PKK VƏ PJAK GƏNCƏDƏ NƏ EDİR?


17-11-2011, 13:26
PKK VƏ PJAK GƏNCƏDƏ NƏ EDİR?

İRAN SAYTINDAN İLGİNC FAKTLAR

DİA.AZ: - Trans-regional qüvvələr tərəfindən dəstəklənən və rəhbərik edilən PKK və PJAK ünsürləri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə məskunlaşıblar.

"Arannews"in məlumatına əsasən, Türkiyə, İran, İraq və s. ölkələrdə əlləri yüzlərlə günahsız insanların qanına bulaşmış, hətta Avropa ölkələri tərəfindən terrorçu dəstələr kimi tanınmış PKK və PJAK terrorçu dəstələrinin bəzi üzvləri bir müddətdir ki, Gəncə şəhərindədirlər. Ermənistan tərəfindən də təşkilatlanan və rəhbərlik edilən bu dəstə, son zamanlar Gəncə şəhərində Bakı dövləti tərəfindən maddi dəstək alır və işləri planlaşdırılır. Belə ki, Gəncənin tanınmış məhəllələrində onlara məskunlaşmaq üçün yer verilir.

Belə bir sual qarşıya çıxır:

- Tanınmış terrorçular, İran və Türkiyədə uşaq qatilləri hansı məmurlar tərəfindən himayə olunur?

- Gəncənin icra başçısı nə üçün bu terrorçulara maddi yardım edir və onları Gəncədə yerləşdirir.

Daha sonra saytın məlumatında bildirilir: “Çox güman ki, hətta bəzi hökumət dairələrinin narahatlığına səbəb olmuş Gəncə camaatını həddən artıq sıxışdırdmaq, din düşməni olan Gəncə icra başçısını məcbur edib ki, Səddam münafiqlərdən İraq şiələrinin əleyhinə istifadə etdiyi kimi, o da bu terrorçulardan Gəncənin müsəlman camaatı əleyhinə istifadə etsin.

Ekspertlərin nəzəri budur ki, Məhərrəm ayının yaxınlaşması və dindarların bu ayda öz dini fəaliyyətlərini daha da artıracaqlarını hiss edən Bakı dövləti Gəncə camaatının dini fəaliyyətlərinin qarşısını almaq üçün lazım olan surətdə PKK və PJAK terrorçularından istifadə etməyi qərarlaşdırmışdır.

Qeyd edək ki, bu prosses davam edəcəyi surətdə məskunlaşmış terrorçuların sakinləşdiyi mərkəz, məhəllə və mənzillərinin yeri barədə məlumat veriləcəkdir”.


Geri qayıt