Əsas Səhifə > Partiya, Manşet > ŞOK: HAKİMİYYƏTƏ «PUTİN VARİANTI» TƏKLİF EDİLİB

ŞOK: HAKİMİYYƏTƏ «PUTİN VARİANTI» TƏKLİF EDİLİB


10-01-2013, 12:37
ŞOK: HAKİMİYYƏTƏ «PUTİN VARİANTI» TƏKLİF EDİLİB
BU GÜNLƏRDƏ YENİ SİYASİ TƏŞKİLAT YARANACAQ

DİA.AZ: - Qarşıdan gələn prezident seçkiləri nədəniylə artıq 3 aydan çoxdur ki, ölkə gündəmini silkələyən olaylar bir-birinin ardından baş verməkdədir. Bu isə 2013-cü il prezident seçkiləri həyəcanının hələ daha da şiddətli olacağından xəbər verməkdədir.

Bu barədə DİA.AZ-a danışan Nazirlər Kabinetindəki mənbəmiz prezident seçkilərilə bağlı rəsmi Bakının mövqeyindəki tərəddüdlərin həqiqiliyini söyləməklə yanaşı, bu gün bir neçə versiya üzərində də baş sındırıldığını söylədi:

«Doğrudur ki, Azərbaycanda da «Putin variantı» işə salına bilər. Yəni kimsə başqa birisi prezidentliyə namizəd olub, kürsüyə gətirilər, amma ölkənin idarəçiliyi yenə də İlham Əliyevin əlində qalar. Başqa bir variant isə Azərbaycanın parlament üsul-idarəli dövlətə keçididir. Yəni qəti qərar olmasa da, bu yöndə çox ciddi müzakirələr aparılır».

Rusiyanın belə bir modeli Azərbaycan hakimiyyətinə təklif etdiyini bildirən mənbəmiz vurğuladı ki, Azərbaycan vətəndaşlığına bərk ehtiyacı olan tanınmış iş adamı, Vladimir Putinin yaxın dostu İlham Rəhimli də məhz eyni nədənlə Rəbiyyət Aslanova ilə ailə həyatı qurmuşdu: «Amma sonradan rəsmi Bakı bu planlara sərt təpgi göstərdi və plandan vaz keçildi. Yəni İlham Rəhimlinin prezident kürsüsünə gətirilməsinə çalışan Putinin niyyəti baş tutmadı».

Bununla yanaşı, rəsmi Bakı Rusiyanın məlum yöndəki istəklərinin təxribatlara rəvac verəcəyini təxmin etdiyindən hakimiyyət daxilindəki Rusiya yönlü qüvvələrə qarşı hücuma keçməyə qalxdı: «Bununla da Elşad Abdullayev kartı ortaya atıldı. Ramiz Mehdiyev hədəfə alındı. Növbəti hədəf Kəmaləddin Heydərovdur. Bu arada İlham Rəhimli ailəsini dağıtdı. Yəni bütün bu olaylar bir-birilə əlaqəlidir və məhz prezident seçkilərinə dirənir».

Mənbəmiz onu da bildirdi ki, amma buna rəğmən yenə də rəsmi Bakını başqa bir şəxsin prezidentliyinə razı salmağa çalışırlar: «Hətta bu yöndə İlham Əliyevi inandıra bilmələri üçün onun doğmaca xalası oğlu - ədliyyə naziri Fikrət Məmmədovu belə namizəd kimi təqdim edirlər. Hələlik qəti münasibət bəlli olmasa da, planın varlığı faktdır. Hətta yeni bir siyasi təşkilatın da yaxın günlərdə elan olunacağı gözlənilir».

Geri qayıt