Əsas Səhifə > Partiya > PƏNAH HÜSEYN İSTEFASINDA İSRARLIDIR

PƏNAH HÜSEYN İSTEFASINDA İSRARLIDIR


17-11-2011, 13:15
PƏNAH HÜSEYN İSTEFASINDA İSRARLIDIR

“MƏNİ ƏLİ KƏRİMLİ DƏVƏT ETDİ”

İctmai Palatanın sessiyalarının birində Pənah Hüseyn Koordinasiya Şurasının üzvlüyündən istefa verdiyini bəyan etmişdi.

“Qafqazinfo”nun məlumatına görə, sabiq millət vəkili Koordiansiya Şurasının iclaslarında iştirak edir. Məsələ ilə bağlı münasibətini açıqlayan Pənah Hüseyn bildirdi ki, İctimai Palatada Təhlükəsizlik və müdafiə komisiyyasının sədri olduğu üçün iclaslara qatılır. P.Hüseyinin sözlərinə görə, dünən Əli Kərimli ona zəng edib və müəyyən müzakirələrlə bağlı onu rəsmən dəvət edib.

İctimai Palatanın əsasnaməsinə dəyişiklikdən sonra Koordinasiya Şurasına yeni seçkilərdə namizədliyinə gəlincə isə o bildirb ki, bu barədə hələ qərarı məlum deyil: “Baxacaq vəziyyətə. Mən buna seçkilər zamanı qərar verəcəyəm”.

Geri qayıt