Əsas Səhifə > Dünya > PKK-NIN QURUCULARINDAN BİRİ GƏBƏRDİ

PKK-NIN QURUCULARINDAN BİRİ GƏBƏRDİ


10-01-2013, 10:56
PKK-NIN QURUCULARINDAN BİRİ GƏBƏRDİ
SƏKİNƏ CANSIZLA BİRGƏ 2 NƏFƏR DƏ ÖLDÜRÜLÜB

Yanvarın 9-da gecə PKK terror təşkilatının Fransanın paytaxtı Paris şəhərindəki İnformasiya Bürosuna silahlı basqın olub.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, basqın zamanı büroda olan 3 qadın öldürülüb. Hadisənin kimlər tərəfindən hansı motivlə törədildiyi bəlli deyil.

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilib. Onlar Səkinə Cansız, Leyla Söyləməz və Fidan Doğan adlı PKK təmsilçiləridir. S. Cansızın terror təşkilatının qurucularından biri olduğu bildirilir.

Hadisə yerinə gedən polisi qətl hadisəsi ilə bağlı təhqiqata başlayıb.

Geri qayıt