Əsas Səhifə > Ölkə, Manşet > BU GÜN FAZİL MƏMMƏDOVA QARŞI MƏHKƏMƏ QURULUR
BU GÜN FAZİL MƏMMƏDOVA QARŞI MƏHKƏMƏ QURULUR10-01-2013, 10:35 |
«GÜNDƏM XƏBƏR» QƏZETİ ORTAYA DƏLİL QOYACAQ DİA.AZ: - Artıq iki ilə yaxındır ki, ölkənin əsas üç qəzetindən biri olan «Gündəm Xəbər» qəzetinə qarşı Vergilər Nazirliyi tərəfindən böyük miqdarda vergidən yayınma ittihamı irəli sürülüb və bu ittiham əsasında qəzetin təsisçisi Şirin Cəfəriyə qarşı cinayət məcəlləsinin iki maddəsi ilə vergidən yayınma və vəzifədən sui-istifadə ittihamları ilə cinayət işi qaldırılıb. Bu barədə DİA.AZ-a məlumat verən Şirin Cəfəri bildirib ki, Vergilər Nazirliyi ədalətsiz olaraq qəzetin tirajının göstərilməməsi səbəbindən redaksiyanı 68 min manatdan çox vergidən yayınmada ittiham edib: «İndi bu məbləğ 132 min 500 manata qədər şişirdilib. Halbuki vergilər nazirliyinin öz əməkdaşlarının keçirdikləri kronometrajda nazirlik tərəfindən qaldırılan iddianın əsassız olduğu sənədli şəkildə sübut olunub». Vergilər Nazirliyinin iddaası səbəbindən «Gündəm Xəbər» qəzetinin bank hesablarına həbs qoyulduğunu bildirən təsisçi onu da söylədi ki, onlar da Fazil Məmmədovun rəhbərlik etdiyi nazirliyi bu absurd qərarı səbəbindən 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə veriblər: «Bu gün saat 11-də məhkəmə iclasında ortaya konkret dəlil-sübut qoyacağıq və haqlı olduğumuzu, bizə qarşı çıxarılan vergidən yayınma ittihamının gülünc olduğunu sübuta yetirəcəyik». Geri qayıt |