Əsas Səhifə > Ölkə, Manşet > NAZİRİMİZLƏ BAĞLI DƏHŞƏT DOLU ŞOK İDDİA
NAZİRİMİZLƏ BAĞLI DƏHŞƏT DOLU ŞOK İDDİA10-01-2013, 09:57 |
EYŞ-İŞRƏTƏ HƏVƏSLİ NAZİRİN TÜKÜRPƏDƏN ƏMƏLİ DİA.AZ: - Azərbaycanda harınlamış məmurların müxtəlif əyləncələrə böyük həvəslə pul və zaman ayırmaları barədə dəfələrlə yerli mətbuatda xəbərlər yayılıb. Bir zamanlar xarici mətbuatdan oxuduğumuz, əsasən ərəb ölkələrindən xəbərini aldığımız varlıların bu tipli olaylarına indi bəzilərimiz öz gözləri ilə şahidlik edir. Məsələn, əvvəllər xarici mətbuatdan oxuyardıq ki, hansısa ərəb şeyxi oğlunun arzusu ilə milyonlarla dollar pul xərcləyərək səhrada qar yağdırıb. İndi isə hansısa nazirimizin (bizdə «ərəb şeyxlərinin» yerində nazirlərdir -red.) bu tipli əyləncələrə böyük həvəslə pul ayırdıqlarını görür və xəbərini alırıq. Elə DİA.AZ-a daxil olan informasiyaların biri də bu qəbildəndir. Amma həm etika baxımından və həm də bir sıra səbəblər ucundan biz xəbərimizin «qəhrəmanı» olan həmin nazirin kimliyini açınqlamırıq. Sadəcə olaraq, məlumatı olanlar söhbətin kimdən getdiyini anlayacaqlar. Mötəbər mənbənin redaksiyamıza bildirdiyinə görə, eyş-işrətə həvəsli olan nazirlərimizdən biri bu məqsədlə böyük pullar xərcləməkdədir. Amma zamanında. Artıq bui şin daşını atan nazirin hətta özü barəsində «bəd xəbərlər» yaydığını da mənbəmiz qeyd edir. Qaynağın iddia etdikləri: «Həmin nazir zaman-zaman çox iyrənc hərəkətlər edib, çoxlarının namusuna sataşıb. Bütün bunlar ağır ittihamlardır. Və zaman gələcək həmin nazirin də cəzası veriləcək. İnsanlar verməsə də, Allahın cəzası qaçılmazdır». Mənbəmiz iddia edir ki, Azərbaycanla yanaşı, xarici ölkələrdən də qızları gətirərək, onlarla aşağılayıcı tərzdə davranan həmin nazir hətta bu əyləncə məclislərinin birində Moskvadan təyyarə ilə gətirtdiyi bir qızı ömürlük şikəst edib: «Qıza öz bağında aşağılayıcı bir təklif edir. Və qız razılaşmayanda, onu itələyir və əlindəki bakal qırılaraq qızın gözünü kor edir. Bu zaman nazir əməlli-başlı sərxoş idi və hətta etdiyi əməllər adətən onun bu kimi davranışlarına gülən, onu maraqla izləyən çevrəsinə belə dəhşətli təsir bağışlamışdı». Hər halda, belə bir şəxsin bu gün Azərbaycanda yüksək bir vəzifədə təmsil olunması ən azından dövlətimiz və millətimiz adına ayıbdır. Geri qayıt |