Əsas Səhifə > Ölkə > VƏZİFƏLİ KAFEDRA MÜDİRLƏRİ

VƏZİFƏLİ KAFEDRA MÜDİRLƏRİ


17-11-2011, 13:05
VƏZİFƏLİ KAFEDRA MÜDİRLƏRİ

MƏMURLARIMIZ ELMLƏ DƏ MƏŞĞUL İMİŞLƏR

“Media forum” saytı hakimiyyətin müxtəlif qollarında təmsil olunan (və ya vəzifə tutan) bəzi kafedra müdirlərinin siyahısını təqdim edir. Siyahı ali təhsil qurumlarının rəsmi internet saytlarındakı məlumatlar əsasında hazırlanıb.

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov - Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri

Misir Mərdanov, təhsil naziri - Bakı Dövlət Universitetinin (BDU) ali riyaziyyat kafedrasının müdiri

Əli Abbasov, rabitə və informasiya texnologiyaları naziri - Dövlət İqtisad Universitetinin informasiya iqtisadiyyatı və texnologiyaları kafedrasının müdiri

Qərib Məmmədov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri - BDU-nun torpaqşünaslıq kafedrasının müdiri

Hicran Hüseynova, Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri - BDU-nun diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri

Məzahir Pənahov, Mərkəzi Seçki Komissiyasının sədri - BDU-nun ümumi fizika kafedrasının müdiri

Rəbiyyət Aslanova, Milli Məclisin komitə sədri - BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kaferasının müdiri

Nizami Cəfərov, Milli Məclisin komitə sədri - BDU-nun ümumi dilçilik kafedrasının müdiri

Şəmsəddin Hacıyev, Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin komitə sədri - Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiri

Abel Məhərrəmov, BDU-nun rektoru, Milli Məclisin üzvü - BDU-nun üzvi kimya kafedrasının müdiri

Əhliman Əmiraslanov, Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin üzvü - Azərbaycan Tibb Universiteti onkologiya kafedrasının müdiri

Əli Əhmədov, Milli Məclisin üzvü - BDU-nun politologiya və sosiologiya kafedrasının müdiri

Xanhüseyn Kazımlı, Milli Məclisin üzvü - Dövlət İqtisad Universitetinin qiymət kafedrasının müdiri

Astan Şahverdiyev, Milli Məclisin üzvü - Azərbaycan Texniki Universitetinin istilik və soyuqluq texnikası kafedrasının müdiri

Yaqub Mahmudov, Milli Məclisin üzvü - BDU-nun qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri.

Bəxtiyar Əliyev, Milli Məclisin üzvü - BDU-nun psixologiya kafedrasının müdiri

Asəf Hacıyev, Milli Məclisin üzvü - BDU-nun ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri.


Geri qayıt