Əsas Səhifə > Gündəm, Manşet > RƏSMİ BAKI İVANAŞVİLYƏ QARŞI MÜXALİFƏT QURUR

RƏSMİ BAKI İVANAŞVİLYƏ QARŞI MÜXALİFƏT QURUR


10-01-2013, 09:00
RƏSMİ BAKI İVANAŞVİLYƏ QARŞI MÜXALİFƏT QURUR
BORÇALI TÜRKLƏRİNİN YENİ TƏŞKİLATI BARƏDƏ FƏRQLİ ŞAİYƏLƏR DOLAŞIR

DİA.AZ: - ““Azərbaycanın dövlət bayrağını yandırın” deyən Tamir Süleymanov erməni Arnold Stepanyanının proyektini həyata keçirməyə girişib”. DİA.AZ bildirir ki, bunu mətbuata Borçalı Milli Hərakatının (BMH) Sədri İsmayıl Qacar açıqlayıb.

İsmayıl Qacar qeyd edib ki, 8 yanvar 2013-cü il tarixdə Azərbaycanın bəzi informasiya və xəbər portallarında belə bir informasiya yayımlanıb ki, Tiflisdə konfrans keçirilib və “Gürcüstan
İnkişaf və Təhlükəsilik Alyansı” adlı qurum təsis olunub: “Bu xəbəri Azərbaycan mediasına GAMA-nın sabiq prezidenti və Gürcüstan Türkləri Konfederasiyasının (GTK) Ali Şurası sədri vəzifəsindən kənarlaşdırılmış, Gürcüstan vətəndaşı Tamir Yaysın-oğlu Süleymanov
yayıb. Mətbuata verilmiş xəbərdə deyilir ki, guya Tiflisdə “Gürcüstan İnkişaf və Təhlükəsilik Alyansı” adlanan qurumun konfransı keçirilib və burada Gürcüstanın ictimai siyasi xadimləri və mətbuat nümayəndələri iştirak edib.

Mən bu gün geniş araşdırma apardım və aydın oldu ki, 8 yanvar 2013-cü il tarixdə Tiflisdə belə bir konfrans ümumiyyətlə keçirilməyib. Gürcüstan mediasinin və siyasi dairələrinin ümumiyyətlə bu işdən hec bir xəbəri yoxdur və belə bir tədbirdə iştirak etməyiblər. Xəbərdə adları hallanan şəxslərin isə bu işdən heç məlumatları belə yoxdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən və Gürcüstan DİN Sərhədi Mühafizə Polisi Departamentindən
məlumatları təsdiq ediblər. Gürcüstan vətəndaşları Tamir Süleymanov və Vüqar Məmmədov bir həftədən çoxdurlar ki, Gürcüstan ərazisində olmayıblar, Azərbaycan Respublikası ərazisindədirlər və Azərbaycandan kənara çıxmayıblar. Gürcüstan Ədliyyə Nazirliyi Vətəndaş Reyestri Xidmətindən aldığım məlumatda isə deyilir ki, ümumiyyətlə Tamila Poladishvili, Elgün Bayramov, Dimitri Natsvlishvili, Samir Süleymanoğlu adlı Gürcüstan vətəndaşlaı mövcud deyil, belə adlı şəxslər barədə informasiya bazasında heç bir məlumat yoxdur.

Azərbaycan mətbuatına yayılan xəbərdə isə deyilir ki, guya bu şəxslər yaradılan qurumun təssiçiləridir. Həmcinin Azərbaycan Respublikası DİN-nin məlumat bazasında belə şəxslərin mövcudluğunu təsdiq edən rəsmi informasiya yoxdur. Tamir Süleymanov vicdan hissi keçirmədən Azərbaycan mediasina provakasion və yalan məlumat ötürüb. Bəzi saytlar
isə bu xəbəri yoxlamadan, dəqiqləşdirmə aparmadan yayımlayıblar.

Onu əlavə edim ki, Tamir Süleymanov 2012-ci il 30 dekabr tarixdə Azərbaycan Respublikasının dövlət bayrağını yandırmaq lazımdır fikirlərini səsləndirib. “Azərbaycanın dövlət bayrağını yandırın” deyən Tamir Süleymanov erməni Arnold Stepanyanının proyektini həyata keçirməyə girişib. “Gürcüstan İnkişaf və Təhlükəsilik Alyansı” adlı qurumu yradılması ideyasını ictimai rəyə yeritməyi Tamir Süleymanova “Çoxmillətli Gürcüstan” Hərakatınının Sədri Arnold Stepanyan tövsiyyə edib. Qondarma qurumun adından da görünür ki, onun Gürcüstanda yaşayan
azərbaycan türklərinə heç bir aydiyyatı yoxdur. Təsisçi kimi göstərilən Vüqar Məmmədov isə SOCAR-ın Neftayırma Zavodunda əməkdaşdır. Baş katib kimi adı hallandırılan Orxan Rüstəmovun isə ümumiyyətlə bu konfransdan xəbəri belə yoxdur.

İsmayıl Qacar həmçinin onu geyd edib ki, 25 dekabr 2012-ci ildə Gürcüstan Azərbaycanlıları Milli Assambleyası prezidenti və Gürcüstan türkləri Konfederasiyası Ali Şurası vəzifəsindən Tamir Süleymanov məhz erməni Arnold Stepanyanla gizli əlagələrinə görə kənarlaşdırılıb. Hələ
17 dekabr 2012-ci il tarixdə GTK prezidenti Daşqın Gülməmmədov və GTK vitse-prezidenti İsrail Məhərrəmov Bakıda Tamir Süleymanova GAMA prezidenti vəsifəsindən öz xoşuyla istefa ərizəsi yazmağı təklif ediblər.

GAMA və GTK-dan uzaqlaşdırılan Tamir Süleymanov isə Tiflisdə Arnold Stepanyan və Borçalıda “Erməni Zaur” kimi tanınan azərbaycanlı Zaur Xəlilovla görüşərək maliyyə qarışıqlığında yeni təşkilat yartamaq öhdəliyi götürüb. Mən Tamir Süleymanovdan tələb edirəm ki, bu məsələlərə mətbuatda aydıınlıq gətirsin, Konfransın protokolunu, orada iştirak edən gürcü ictimai-siyasi xadimlərinin və jurnalistlərin adını, soyadını, konfransın keçirilmə məkanını desin. Mən heç nə istəmirəm, yalnız Tamir Süleymanov həmin konfransın keçirilmə məkanını və Tamila Poladishvili, Elgün Bayramov, Dimitri Natsvlishvili, Samir Süleymanoğlu adlı şəxslərin şəxsiyyət vəsiqələrinin surətini mətbuata təqdim etsin.

Cavab verə bilməyəçək çünki hər şey qondarma və yalandır” - deyə İsmayıl Qacar sözlərini bitirmişdir.

Onu da bildirək ki, Tamir Süleymanovla bağlı DİA.AZ-a bir başqa istiqamətdən də məlumatlar daxil olub. Bu barədə məlumatı verən bilgili qaynaq iddia edir ki, Tamir Süleymanov kifayət qədər işbaz və fürsətcil birisidir və son zamanlar rəsmi Bakı ilə, xüsusən də Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə yeni gürcü hökumətinin arasında problemlərin mövcudluğunu gördüyündən ARDNŞ prezidenti Rövnəq Abdullayevə bir sıra təkliflərdə bulunub.

Mənbənin söylədikləri: «Beləcə ARDNŞ prezidenti inandırılıb ki, Gürcüstanda Azərbaycan türklərinin yeni təşkilatı yaradılmalıdır və eyni zamanda bu təşkilatdan gürcü hakimiyyətinə qarşı təzyiq vasitəsi kimi istifadə olunmalıdır. Beləcə, rəsmi Bakının da icazəsi alındıqdan sonra Rövnəq Abdullayevin bu işə pul ayırdığı, eyni zamanda Gürcüstandakı bəzi adamlarını da bu prosesə cəlb etdiyi məlum olmaqdadır».

Yazıda adları çəkilən bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt