Əsas Səhifə > Cəmiyyət > AŞPA-DA SİYASİ MƏHBUS MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNMAYACAQ
AŞPA-DA SİYASİ MƏHBUS MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNMAYACAQ17-11-2011, 12:49 |
SƏMƏD SEYİDOV BUNA ƏMİNDİR Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov noyabrın 17-də “Media forum” saytına açıqlama verib. O qeyd edib ki, AŞPA-nın Azərbaycanda siyasi məhbuslar mövzusunda hər hansı müzakirə aparması gözlənilmir: “Belə müzakirə olmayacaq. Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlıq ölkənin Avropa Şurasına girərkən üzərinə götürdüyü öhdəliklərin reallaşdırılmasına əsaslanır. Bu, ikitərəfli əməkdaşlıqdır. Biz dəfələrlə demişik ki, Azərbaycana ikili standartlarla yanaşmaq əməkdaşlığa xələl gətirir”. S.Seyidov bildirib ki, AŞPA-nın hansısa strukturunda Azərbaycanda siyasi məhbus mövzusunda müzakirə aparılacağı haqda bəzi dairələrin dediklərinin əsası yoxdur: “Sadəcə, bu sahədə ümumən Avropa Şurasına üzv ölkələrdə olan ümumi vəziyyətə dair müzakirə keçiriləcək. Bunu əsas götürüb Azərbaycanı hədəf seçənlər öz məqsədlərinə nail ola bilməyəcəklər”. Geri qayıt |