Əsas Səhifə > Partiya > KEÇMİŞ MÜSAVATÇI MÜXALİFƏTİ İTTİHAM ETDİ

KEÇMİŞ MÜSAVATÇI MÜXALİFƏTİ İTTİHAM ETDİ


9-01-2013, 11:34
KEÇMİŞ MÜSAVATÇI MÜXALİFƏTİ İTTİHAM ETDİ
"MÜXALİFƏTİN ŞANSI YOXDUR"

"Müxalifətin qarşıdan gələn prezident seçkilərində qalib gəlmək şansı çox zəifdir."

Bu fikri SalamNews-a Milli Məclisin deputatı, polotoloq Rasim Musabəyov bildirib.

O deyib ki, bunu indiyədək keçirilən sorğular sübut edir: “Amma seçkilərə hələ vaxt var və indidən bu seçkilərdə kimim şansının böyük, kiminkinin az olduğunu demək düzgün deyil. Seçkidə əldə ediləcək nəticə seçki kampaniyasının aparılmasından və necə qurulmasından asılıdır. Kim və ya hansı siyasi qüvvə seçki kampaniyasını daha yaxşı aparacaqsa, o da qalib gələcək. Müxalifətin imkanları o zaman ortaya çıxacaq."

Müxalifətin vahid namizəd məsələsinə toxunan deputat vurğulayıb, heç bir yerdə qayda yoxdur ki, müxalifət mütləq şəkildə vahid namizədlə çıxış etsin. Kimlər və ya hansısa qüvvələr birləşib vahid namizəd irəli sürə bilərlər. Müxaklifət demokratik şəraitdə siyasi gücünü sınaya bilər.

Geri qayıt