Əsas Səhifə > Cəmiyyət, Manşet > HAKİM PARTİYA DAXİLİNDƏ NARAZILIQLAR
HAKİM PARTİYA DAXİLİNDƏ NARAZILIQLAR9-01-2013, 10:13 |
PA ŞEFİ İLƏ BAĞLI YUBANMADAN DOLAYI DİA.AZ: - Məlumdur ki, hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilk günlərindən lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin açıqladığı videofaktlara münasibətdə olduqca sərt mövqe ifadə etmişdi. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov açıq-aşkar mandat bazarlığında görüntüləri yayılan keçmiş deputat Gülər Əhmədovanı az qala korrupsiyaya qarşı mübarizənin ən fəal öncüllərindən biri kimi təqdim etdiyi bir şəraitdə, YAP sədrinin müavini Əli Əhmədov məsələyə çox sərt reaksiya verməklə yanaşı, hələ cinayət işi açılmadan Gülər Əhmədovanı «dələduz» adlandırmışdı. Bu və digər buk imi faktlar isə Prezident Administrasiyası ilə YAP rəhbərliyinin yollarının çoxdan ayrılmasından xəbərn verməkdə idi. Bununla bağlı DİA.AZ-ı bilgiləndirən hökumət içindəki qaynaq bildirir ki, hələ də PA ilə YAP münasibətlərindəki gərginlik davam edir və hətta daha da şiddətli xarakter alıb. Mənbə iddia edir ki, hətta tərəflər bir-birilərinə qarşı bu arada təxribat xarakterli addımlar atmaqdan da çəkinməyiblər: «Məlumdur ki, YAP-ın yerlərdəki təşkilatlarının böyük əksəriyyəti PA-nın nəzarəti altındadır. Antimehdiyevçi cinahı təmsil edən YAP Mərkəzi Apparatı yalnız bir-iki rayon təşkilatına istinad edir. Və bundan istifadə edən PA rəhbərliyi Əli Əhmədovun əleyhinə partiya daxilində hərəkətlənməyə maraq göstərib. Amma bunu əvvəlindən öyrənən YAP sədrinin müavini hadisələri önləməyi bacarıb». İndi isə cavab sırasının YAP-da olduğunu bildirən mənbəmiz vurğulayır ki, bu həftə YAP-da qapalı toplantının keçirilməsi gözlənilir: «Həmin toplantı tamamən videoqalmaqal mövzusuna həsr olunmaqla yanaşı, toplantıda Ramiz Mehdiyevə qarşı bir addımın atılması da gözlənilir». Hələlik bu addımın nədən ibarət olacağı barədə məlumat verməyən qaynağımız yalnız bunları bildirdi ki, YAP-da Ramiz Mehdiyevlə bağlı «yuxarıların» nümayiş etdirdiyi qərarsızlıq və yaxud da həddən-ziyadə səbrlilik böyük narazılıq yaradıb və toplantının keçirilmə zərurəti də bunun nəticəsində ortaya çıxıb. Geri qayıt |