Əsas Səhifə > Dünya > 100-DƏK TƏLƏBƏ HƏBS OLUNDU

100-DƏK TƏLƏBƏ HƏBS OLUNDU


17-11-2011, 12:35
100-DƏK TƏLƏBƏ HƏBS OLUNDU

75 TƏLƏBƏ İSƏ AKSİYANI DAVAM ETDİRİR

San-Fransiskoda təhsil haqlarının artırılmasına qarşı etiraz aksiyalarında iştirak etmiş 100-dək tələbə həbs olunub.

APA-nın məlumatına görə, Şimali Kaliforniyadan olan 200-ə yaxın tələbə “Bank of America” bankının San-Fransisko filialını ələ keçirib və orada oturaq aksiyaya başlayıblar. Kaliforniya Universitetinin rəhbərliyini ali təhsil problemlərini həll etmək istəməyən varlılar adlandıran tələbələr “Biabırçılıq! Biabırçılıq” deyə şüarlar səsləndiriblər. Aksiya üçün “Bank of America”nın seçilməsi Kaliforniya Universitetinin İdarə Heyəti üzvlərindən Monika Lozanonun bu bankın Direktorlar Şurasına daxil olmasıdır. Tələbələr universitet rəhbərliyini dövlətin təhsil sahəsinə maliyyəni azaltması fonunda təhsil haqlarını mütəmadi olaraq artırmaqda günahlandırırlar.

Bankı ələ keçirən tələbələrin bir hissəsi tezliklə binanı tərk edərək küçədə aksiya keçirən 200 tələbəyə qoşulublar. Binada 75 tələbə qalıb, onlar zalın mərkəzində çadır quraraq oturaq aksiyanı davam etdiriblər. Polis onları həbs edərək məntəqəyə aparıb. Tələbələrə qarşı banka qanunsuz hücum təşkil etməklə bağlı ittiham irəli sürüləcək. Ümumilikdə isə San-Fransiskoda etiraz aksiyalarında həbs olunanların sayı 400 nəfəri keçib.


Geri qayıt