Əsas Səhifə > Gündəm, Manşet > KİMLƏR PREZİDENTİ ŞANTAJ ETMƏYƏ HAZIRLAŞIR?

KİMLƏR PREZİDENTİ ŞANTAJ ETMƏYƏ HAZIRLAŞIR?


9-01-2013, 08:53
KİMLƏR PREZİDENTİ ŞANTAJ ETMƏYƏ HAZIRLAŞIR?
NEÇƏ MÜDDƏTDİR Kİ, HAKİMİYYƏT DAXİLİNDƏ VİDEOŞANTAJ AKTUALDIR

DİA.AZ: - Son günlər gizli videoçəkilişlər və bu yolla şantaj edilmə halları geniş vüsət halını alıb. Doğrudur, ilk əvvəl bu yolla daha çox müxalifətə və müxalif mətbuata aid şəxslər təhdid edilirdi. İndi isə həmin üsullar hakimiyyətin əsas simalarından birinə - Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı istifadə olunmaqdadır.

Lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rəhbəri Elşad Abdullayev zaman-zaman açınqladığı gizli videoçəkilişlər hesabına Ramiz Mehdiyevin dünənə qədər möhkəm və dayanıqlı görünən mövqelərini əməlli-başlı sarsıtmağa müvəffəq olub.

DİA.AZ-a məlumat verən hökumət içindəki qaynağın sözlərindən belə məlum olur ki, əslində hakimiyyət daxilində videoşantaj məsələsi əvvəlindən populyar olub və indi-indi bu kimi hallar ictimailəşib: «Elşad Abdullayev sadəcə olaraq səbəb rolunu oynadı. Dünənə qədər məmurları eyni üsulla susdurublar və yaxud da hansısa qərarlara vadar ediblər».

Mənbəmiz bu zaman maraqlı bir faktı da açıqladı: «Bu gün daha çox sual olunur ki, nədən Ramiz Mehdiyevi çıxarmırlar. Hər halda, Rüstəm İbrahəimbəyovun ad günü ilə bağlı açıqlanan videoçəkilişdən məsələnin nə yerdə olduğunu müəyyən etmək olardı. Qarşılıqlı şantaj gedir. Bəli, bu gün prezidenti də şantaj edirlər».

Mənbəmiz əlavə olaraq bildirdi ki, konkret olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərov da eyni üsulla vəzifə başında qalır: «FHN şefi özünə yaxın şəxslərin yanında ayrı-ayrı məmurlarla bağlı, hətta prezidenti belə şantaj edəcək videoçəkilişlərə malik olduğunu iddia edib və bildirib ki, həmin videoları Londona yollayıb. Orada oğlu Taleh Heydərov tərəfindən gizlədilib».

Geri qayıt