Əsas Səhifə > Siyasət, Manşet > YENİ QALMAQAL - YENİ GİZLİ VİDEOLAR GƏLİR

YENİ QALMAQAL - YENİ GİZLİ VİDEOLAR GƏLİR


9-01-2013, 08:35
YENİ QALMAQAL - YENİ GİZLİ VİDEOLAR GƏLİR
İKİ NAZİR HAQQINDA BİABIRÇI FAKTLAR AÇILACAQ: KİMLƏR HƏDƏFDƏDİR?

DİA.AZ: - Gizli videoçəkiliş indi də bəziləri üçün təzyiq vasitəsinə çevrilib. Hər halda, anlaşılanı odur ki, rəsmi dairələrin və hətta bütünlükdə olaraq ölkə gündəminin Fransadan göndərilən gizli video çəkilişlərin girovuna çevrilməsi və bu videoçəkilişlərin süjet xətti üzərə siyasi gedişlərin edilməsi bəzi dairələrin daha da həvəslənməsinə nədən olub.

Belə ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin açıqladığı videoçəkilişlər artıq bir nəfəri mandatından, bir nəfəri həyatından və daha neçəsini vəzifəsindən edib və bu da qeyd etdiyimiz kimi, sözügedən istiqamətə olan maraqları daha da artırıb. İndi hər kəs öz rəqibini məhz bu yolla zərərsizləşdirməyi düşünür.

DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, bu gün gizli videoçəkilişlər təkcə Elşad Abdullayevin əlində deyil və bu kimi faktlar başqaları haqqında və başqalarında da var: «Məsələn, nazirlərimizdən biri bir başqa nazir tərəfindən gizli şəkildə görüntüyə alınıb. Həmin videogörüntüdə nazirimiz qızlarla əylənir və hətta onlardan birini aşağılayan hərəkətlər də edir. Doğrudur, bu hadisə bir neçə il əvvələ aid olsa da, videogörüntülər açıqlanacağı təqdirdə həmin nazirin vəzifə başında qalması imkansızdır. Hətta onu prezident belə azad etməsə, könüllü şəkildə getmə qərarını dərhal verə bilər. Yəni vəziyyət bu həddədir».

Mənbəmiz xatırladır ki, zaman-zaman hakimiyyətiçi qüvvələr bir-birilərinin əleyhinə savaşdıqları, iş apardıqları kimi, həm də kompromat xarakterli materiallar da toplayıblar: «Bu materialların əksəriyyətinin açılma ehtimalları yüksəkdir. Çünki bu gün Elşad Abdullayev Ramiz Mehdiyevin cinahına hücum edir. Bu iş isə idarə olunur. Ramiz Mehdiyevə qarşı əks qütbdə dayananlar belə Elşad Abdullayevin qəhrəmanı olduğu prosesə qoşula bilmirlər. Çünki özlərinin də videoları var və ehtiyat edirlər ki, birdən danışarlarsa, özləri hədəfə çevrilə bilərlər».

Redaksiyamıza danışan mənbə onu da vurğuladı ki, konkret olaraq iki nazir haqqında çox biabırçı görüntülərin bu günlərdə yayılması da gözlənilir: «Çünki vəziyyəti dəyişdirmək istəyən qüvvələr var və onlar üzərlərinə gələn ağırlığı məhz bu yolla dəf etmək istəyirlər».

Geri qayıt