Əsas Səhifə > Gündəm, Manşet > KƏMALƏDDİN HEYDƏROVA QARŞI İLGİNC İDDİA

KƏMALƏDDİN HEYDƏROVA QARŞI İLGİNC İDDİA


9-01-2013, 08:21
KƏMALƏDDİN HEYDƏROVA QARŞI İLGİNC İDDİA
FHN ŞEFİ ƏBÜLFƏZ ELÇİBƏYİN ZƏHƏRLƏNMƏSİNDƏ MARAQLI TƏRƏF İMİŞ

DİA.AZ: - Son günlər mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı məsələlər aktuallıq təşkil etməkdədir. Bildirək ki, bununla bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev prokurorluq orqanlarına müraciət edərək AXCP sədri Əli Kərimlini Əbülfəz Elçibəyin ölümündə maraqlı şəxs kimi təqdim edib və onu hətta keçmiş prezidenti zəhərləməkdə də suçlayıb.

Təbii ki, bu barədə danışan müxalifət cinahı da Hafiz Hacıyevin məlum ittihamlarını, həmçinin prokurorluğun bu işlə əlaqədar cinayət işi açması faktını hakimiyyətin Əli Kərimliyə basqıları kimi təqdim ediblər.

Bu barədə DİA.AZ-a daxil olan informasiyalarda isə tamam fərqli bir isimdən danışılır. Söhbət hazırda fövqəladə hallar naziri postunu tutan Kəmaləddin Heydərovdan gedir. Bildirək ki, redaksiyamıza FHN şefi ilə bağlı çox ilginc faktlar daxil olub. Sadəcə olaraq biz ilk olaraq Kəmaləddin Heydərovun Əbülfəz Elçibəyin ölümündəki iştirakı barədə olan iddiaları diqqətinizə çatdırmaq qərarına gəldik.

Məlumatlı mənbə iddia edir ki, o zamanlar dövlət gömrük komitəsinə rəhbərlik edən Kəmaləddin Heydərovun ümumiyyətlə, üzərində 7 ölüm işi var: «Fərəməz Maqsudovun qətlində Kəmaləddin Heydərovla onun qardaşı Səməd Heydərovun iştirakı faktı lazımi orqanlar tərəfindən araşdırılarsa, o zaman ortaya çox ilginc məqamlar, sübutlar çıxacaq».

Mənbənin iddialarına görə, Kəmaləddin Heydərov özünün hakimiyyətdəki mövqelərini möhkəmlətmək üçün Əbülfəz Elçibəyin zəhərlənməsini də təşkil edir: «Bu işin də ciddi şəkildə araşdırılması zərurəti mövcuddur».

Onu da bildirək ki, redaksiyamıza Kəmaləddin Heydərovun özkeçmişi ilə bağlı çox ilginc faktlar daxil olub və həmin materialları davamlı şəkildə diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin…

Geri qayıt