Əsas Səhifə > Dünya > GÜCLÜ QAR TÜRKİYƏYƏ PROBLEMLƏR YAŞADIR

GÜCLÜ QAR TÜRKİYƏYƏ PROBLEMLƏR YAŞADIR


7-01-2013, 15:55
GÜCLÜ QAR TÜRKİYƏYƏ PROBLEMLƏR YAŞADIR
HAKKARİ-ŞİRNAK YOLU BAĞLANDI

Türkiyədə güclü qar yağması səbəbindən Hakkari və Şırnak əyalətlərini birləşdirən yol bağlanıb. Bu barədə Trend bazar ertəsi "Yeni Şafak" qəzetinin saytına istinadən məlumat verir.
Məlumata görə, yola qar uçqunu düşüb. Yolun təmizlənməsi üçün qartəmizləyici texnika cəlb edilib.
Daha əvvəl verilən məlumata görə, güclü qar səbəbindən Türkiyənin bəzi cənub-qərb əyalətlərində orta məktəblərdə dərslər təxirə salınıb.

Geri qayıt