Əsas Səhifə > Cəmiyyət, Manşet > HAKİMİYYƏT DƏYİŞİKLİKLƏRİ ERTƏLƏYƏCƏK

HAKİMİYYƏT DƏYİŞİKLİKLƏRİ ERTƏLƏYƏCƏK


7-01-2013, 15:22
HAKİMİYYƏT DƏYİŞİKLİKLƏRİ ERTƏLƏYƏCƏK
RAMİZ MEHDİYEV VƏ ONUN ÇEVRƏSİ YOLA SALINIR

DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin son açıqladığı faktların birində olduqca mühüm məqamlara toxunulmuşdu. Və həmin məqamlardan aydın olurdu ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev özünün pula bağlı işlərini bir neçə dövlət məmurunun əli ilə həyata keçirirmiş ki, onların arasında təhsil nazirliyinin yüksək rütbəli vəzifəlisi İlham Pirməmmədov, həmin dönəmlərdə Binəqədi rayonuna rəhbərlik etmiş, hazırda isə Samux rayonunun icra başçısı postunu tutan Alı Qocayev və başqaları var.

Bununla bağlı DİA.AZ-ı bilgiləndirən hökumət içindəki qaynaq iddia edir ki, PA şefinin bu yöndə istifadə etdiyi vəzifəlilər tək adları çəkilənlər deyil və böyük bir şəbəkə illərdir əməlli-başlı fəaliyyət göstərirmiş. Mənbəmizə görə, artıq həmin məmurların kimlikləri müəyyən olunub: «Onlar Ramiz Mehdiyevə yaxın şəxslərdir və son günlər hakimiyyət içində «razborka» ab-havası daha da güclənib. Belə ki, ciddi araşdırmalar aparılır və Ramiz Mehdiyevə aid bütün şəbəkə ilə bağlı dolğun məlumatlar toplanılır».

Mənbəmiz iddia edir ki, hər halda, belə bir tədarük boşundan deyil: «İqtidar dəhlizlərində belə bir söhbət də gəzir ki, hakimiyyətin yuxarı eşalonu dəyişiklikləri ertələmək niyyətindədir. Yəni may ayına planlaşdırılan yeniliklər ola bilsin ki, daha erkən baş versin və bu zaman Ramiz Mehdiyevlə bərabər, onlarla məmurun müxtəlif formada cəzalandırılması da qaçılmazdır».

Mənbəmizin bildirdiyinə görə, Mehdiyevə aid şəbəkədə təmsil olunanlar müxtəlif səbəblərlə cəzalandırılacaqlar: «Cəzalanma o demək deyil ki, onlar həbs olunacaq. Həbs də olacaq. Amma elələri var ki, onlar üçün pullarının, vəzifələrinin əllərindən alınması ən böyük cəza olacaq».

Geri qayıt