Əsas Səhifə > Hadisə > AZƏRBAYCANLI QUMARBAZ İLK 100-LÜKDƏ

AZƏRBAYCANLI QUMARBAZ İLK 100-LÜKDƏ


7-01-2013, 15:01
AZƏRBAYCANLI QUMARBAZ İLK 100-LÜKDƏ
ÖLKƏMİZ İSƏ 56-CI YERDƏDİR

“Global Poker Index” 2012-ci ilin 100 ən yaxşı poker ustasının yekun siyahısını açıqlayıb. Lent.az-ın məlumatına görə, siyahıya Azərbaycan təmsilçisi Ramin Hacıyev də daxil edilib.

Hacıyev siyahıda 58-ci olub. 1-ci yeri isə Den Smit (ABŞ) tutub. O, 2012-ci ildə 3 milyon 739 min 797 dollar qazanıb.

Ölkələrin reytinqində isə Azərbaycan 56-cı sıradadır. Siyahıya ABŞ başçılıq edir.

Geri qayıt