Əsas Səhifə > Cəmiyyət > REDAKTORLAR BİRLİYİNDƏN OBYEKTİV QƏRAR

REDAKTORLAR BİRLİYİNDƏN OBYEKTİV QƏRAR


16-11-2011, 16:46
REDAKTORLAR BİRLİYİNDƏN OBYEKTİV QƏRAR

QURUM QƏZETİN BÖHTAN ATDIĞINI SÜBUT EDİB

Redaktorlar Birliyi (RB) “Gündəlik Bakı” qəzetində polis orqanlarının fəaliyyəti ilə bağlı dərc edilmiş məqaləyə verdiyi rəyi açıqlayıb.

“Zaqatala rayon polis şöbəsində anarxiya hökm sürür” sərlövhəlı məqalə bu il oktyabrın 26-da dərc edilib. Bu yazıdan sonra redaktor Habil Əliyev və kollektiv qəzetə təzyiqlərin olması ilə bağlı RB-yə müraciət edib.

RB-yə məqalənin mətni və DİN mətbuat xidmətinin rəhbər müavini Ehsan Zahidovun məqaləyə cavabı təqdim edilib.

RB jurnalistlərin peşə etikasına uyğun olaraq və Nəcəf Nəcəfov Fondunun metodologiyası əsasında hər iki materialı ekspertizadan keçirib. Ekspertiza məqalədə peşə etikasının ciddi pozulması hallarını, o cümlədən, böhtan xarakterli bəyanatlara yol verildiyini aşkar edib.

RB bildirib ki, münaqişə vəziyyətinə görə məsuliyyət ilk növbədə “Gündəlik Bakı” qəzetinin üzərinə düşür. Eyni zamanda məqalə ilə bağlı DİN-in cavabı rəsmi məlumat çərçivəsini aşmaq kimi dəyərləndirilib. Son olaraq RB bir daha belə səhvlərə yol verməmək üçün tərəfləri uyğun nəticə çıxarmağa çağırıb.

Məqalə və DİN-in cavab məktubunun ekspertizasını Nəcəf Nəcəfov Fondunun monitorinq qrupu keçirib. Nəticələr hər iki tərəfə təqdim edilib.


Geri qayıt