Əsas Səhifə > Ölkə, Manşet > BU İL XEYLİ İŞ ADAMI MÜFLİSLƏŞƏCƏK
BU İL XEYLİ İŞ ADAMI MÜFLİSLƏŞƏCƏK7-01-2013, 10:37 |
ÖZÜNÜ ÖNCƏGÖRƏN ADLANDIRAN ŞƏXSİN ŞOK PROQNOZLARI DİA.AZ: - Redaksiyamıza maraqlı bir məktub daxil olub. Özünü öncəgörən kimi təqdim edən Araz Kərimov adlı şəxs elektron ünvanımıza «2013-cü ildə Azərbaycanı böyük bəlalar gözləyir» başlığı ilə məqalə yollayıb. DİA.AZ-a daxil olan məqalədə yazılanların maraqlı olduğunu zənn etdiyimizdən bəzi hissələrini təqdim etmək qərarına gəldik. Azərbaycanda prezident seçkilərinin keçirilməsi səbəbindən böyük təlatümlərin yaşanacağını bildirən öncəgörən məqalə müəllifi yazır: «Bu il çox qalmaqallı il olacaq. Hadisələr sürətlə inkişaf edəcək. Həm hakimiyyətin içində və həm də müxalifətin daxilində çaxnaşmalar olacaq. Amma bütün hadisələr durulmalara gətirib çıxaracaq. Yəni bu seçki ilində daha çox yadda qalanı o olacaq ki, hakimiyyətin müxalifətin içində saxladığı xüsusi agentləri ifşa olunacaq. Müxalifət liderləri kimi tanıdığımız bəziləri isə bu zaman tam fiaskoya uğrayacaq». Daha sonra məqalə müəllifi yazır ki, bu il hakimiyyət özünün çox nüfuzlu şəxsləri ilə yollarını ayıracaq: «Bu gün ola bilsin ki, kimlər üçünsə hansısa vəzifəli şəxsi yerindən tərpətməyin qeyri-mümkünlüyü təəssüratı mövcuddur. Amma vəziyyət ilin ortalarına doğru elə dəyişəcək ki, hətta ən toxunulmaz məmur belə köhnə əşya kimi bayıra atılacaq». Daha sonra məqalə müəllifi həyəcan təbili çalaraq ölkədə bu il sosial problemlərin həddən artıq olacağını da yazır: «Elə bir hal yetişə bilər ki, on minlər səfil vəziyyətində qalar. Çox tanınmış iş adamları da böyük pullar itirəcək. Bu isə daha çox hakimiyyət daxilində baş verən hadisələrin nəticəsi olacaq. Məmurların «krışalığı» altında olan sahibkarların böyük əksəriyyəti müflisləşəcək. Yəni hansı məmur vurulacaqsa, onların da adamları müflis olacaq. Bu zaman Kəmaləddin Heydərova, Ramiz Mehdiyevə güvənən iş adamları daha böyük zərər görəcəklər». Bir daha vurğulayırıq ki, məqalə müəllifinin kimliyi barədə dolğun bilgilərə malik olmasaq da, onun yazdıqlarının maraq doğuracağını zənn edərək, sizinlə paylaşmaq istədik. Geri qayıt |