Əsas Səhifə > Güney Press, Araşdırma > SABİRABADDA MƏMUR BALALARI KEF EDİR

SABİRABADDA MƏMUR BALALARI KEF EDİR


7-01-2013, 09:32
SABİRABADDA MƏMUR BALALARI KEF EDİR
PUL OLAN YERDƏ, BELƏ ŞEYLƏR DƏ OLACAQ

DİA.AZ: - Sabirabad rayonunda bir neçə həftə öncə böyük bir rəzalət yaşanıb. DİA.AZ-ın gundeminfo.az-a istinadən verdiyi məlumata görə, rayonun məşhur restoranlarından birində (adı bizə məlumdur) vəzifəli şəxslərin övladları kef məclisi qurublar. Saytımıza bilgi verən mənbə bildirir ki, rayonda restoranda keçirilən toplantıda vəzifəli şəxslərin uşaqları yüngül əxlaqlı qadınlarla keçirdikləri kef məclisini toy halına salıblar.

Hətta məclisdə gəlin paltarında olan yüngül əxlaqlı qızlar və bəy geyimində olan oğlanlar olublar.

Daxil olan məlumata görə, bu «qeyri-adi» əyləncə tədbiri ilə bağlı olaraq polisə məlumat daxil olub. Yüngül əxlaqlı qadınlarla təşkil edilən bayrama polis tərəfindən müdaxilə olunub. Məlumata əsasən Sabirabad Rayon Polis İdarəsinin rəsi müavinin rəhbərliyi ilə keçirilən əməliyyat nəticəsində Sabirabadın bir neçə vəzifəli şəxslərinin uşaqları də həbs ediliblər.

Həbs edilənlər arasında hətta rayonun xüsusi-təyinatlı xəstəxanalarından birinin baş həkiminin oğlunun da olduğu bildirilir. Baş həkimin oğlunun həbs edilməsindən sonra həmin baş həkim ciddi şəkildə narahat olub və polis rəisinin müavininə yalvarmaq üçün minnətçilər axtarmağa başlayıb.

Onu da əlavə edək ki, Sabirabadda təşkil edilən bu «qeyri-adi» tədbirlə bağlı olaraq bir sıra dəqiqləşdirmələr apararaq əlavə məlumat verəcəyik.

Yazıda adıçəkilən bu baş həkimin və onun əxlaqsızlıq tədbiri təşkil edən oğlu barəsində əlavə məlumatlar verəcəyik.

Geri qayıt